12:57
Yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn
Dərya vəfat edib.
Bu barədə faktı "Axar.az"a 3 saylı şəhər Klinik Xəstəxanasının
məlumat mərkəzindən təsdiqləyiblər.
Məlumata görə, Hüseyn Dərya yarım saat əvvəl dünyasını
dəyişib.
Qeyd edək ki, ötən gecə tanınmış reper Xəzər rayonu ərazisində
avtomobil qəzasına düşüb. Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575
dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla
eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılıb. Ağır xəsarət
alan və 3 saylı Şəhər Klinik
Xəstəxanasına yerləşdirilən Hüseyn Dəryanın vəziyyətinin ağır
olduğu barədə xəbər vermişdik.
Allah rəhmət
Eləsin!
13:40
Bu gün dünyasını dəyişən məşhur reper Hüseyn Dəryanın
ölümü ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirilib.
3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinin müdiri
Namiq Dəmirçiyevin ANS PRESS-ə verdiyi məlumata görə, Hüseyn Dərya
bu gün saat 09:30 radələrində keçinib. Həkimin sözlərinə görə,
reper xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub.
"Hüseyn Dərya xəstəxanaya gətiriləndə huşu özündə olub. Lakin
vəziyyəti olduqca ağır idi. Xəstədə kəllə-beyin travması, döş
qəfəsinin küt travması aşkarlanmışdı. Həkimlərimizin səylərinə
baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. Biz onun
öldüyünü əvvəlcə mətbuata açıqlamadıq ki, bəlkə onu həyata qaytara
bildik. Lakin bütün cəhdlərimizə baxmayaraq, bu mümkün olmadı", -
deyə Namiq Dəmirçiyev bildirib.
Namiq Dəmirçiyev onu da əlavə edib ki, bunadək 2 həftə dalbadal
Hüseyn Dərya xəstəxanaya gətirilib. Hər dəfə də o, qəbul etdiyi
narkotik maddələrin təsirindən ölümcül hala düşübmüş. Lakin
həkimlər onun həyatını xilas edə bilmişdilər.
"Bu dəfə onu xilas edə bilmədik. Onun xəsarətləri ağır idi", -
deyə həkim bildirib.
Hüseyn Dəryanın qəzaya düşərkən narkotik vasitə qəbul etdiyi
barədə suala isə Namiq Dəmirçiyev bunun hələ dəqiq məlum olmadığını
bildirib.
14:34
Ötən axşam qəzaya uğrayaraq
3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə
yerləşdirilən, lakin bu gün səhər saatlarında dünyasını dəyişən
reper Hüseyn Dərya Tərtərdə dəfn ediləcək.
Dəfn mərasimi sabah baş tutacaq. Onun atasının məzarının yanında
dəfn ediləcəyi deyilir (ANS).
Məşhur reperin sevilən replərindən birini təqdim edirik: