Hüseyn Dəryanın ölümündən sonra məşhurlar onun ölümünə
münasibət bildiriblər. Bu məşhurlar arasında qınaq və ittiham dolu
fikirlər bildirən məşhurlardan biri aparıcı İradə İsaq
olub.
İradə xanım öz Feysbuk səhifəsində belə yazıb: "İçkili idi
dedilər, narkoman dedilər verilişdən sonra... Asan deyil, asan
deyil insan haqda şər danışmaq. Depressiyaya saldız Hüseyni, zəng
vurdu mənə ki, insanlar niyə belə şər-böhtan danışır. İnsanların
içində yaşaya bilmirəm. Onun depressiyaya düşdüyünü gördüm və mən
də çoxları ilə Hüseynə görə düşmən oldum. Haqsız danışdıqlarına
görə. Hüseynə Allah son dəfə macal verdi ki, bütün günahlarını,
səhvlərini etiraf etsin. Özü də verilişdə bunu dedi. Bu Allah
tərəfindən kodlaşıb ki, mən gəlib sizin verilişdə çıxıb, hər şeyi
etiraf edim. Ey sərsəm jurnalist və digərləri, arsız deyildi o. Siz
öldürdünüz onu. Ruhdan saldınız. O, düzəlmək istəyirdi. Verilişdən
sonra danışdıq ki, ailəsi ilə barışdırım onu. Oğlu ilə görüşə
getmişdi. Sona xanım mənə zəng vurmuşdu. Amma ruhdan saldız,
"insanlar mənə inanmır, - dedi, - İradə xanım. Kömək edin".
Siz nə etdiz?! Öz qarnınızın qurdu, şər-böhtan sözlərinizlə onu
öldürdünüz. İmkan vermədiz onu qaytaraq. Gedin, namaz qılın,
əclaflar. O şər-böhtanı divara demirdiz, insana deyirdiz. İntihar
etdi Hüseyn. "Kamaz" şoferinə də "məni xilas etməyin, ölmək
istəyirəm" dedi.
Bu verilişə biz jurnalistlərə inandığı üçün çıxmışdı. Çox ümidi
vardı. Mahnılar yazdırmışdı yeni. Verilişdə də dedi. Ayıb olsun ona
şər atan jurnalistlərə, reperə... Gedin, bu günahla yaşayın.
Hüseynə Allah öz səhvlərini etiraf etmək imkanı verdi, o
kəffarəsini ödədi. Sizin isə hətta öz səhvlərinizi etiraf etmək
üçün şansınız yoxdur. Namaz qılın, oturun-durun yalandan. Siz bir
insanı öldürdüz, atdığınız şər böhtan bir ümidi, bir ümid də bir
insanı öldürdü"...
Qeyd edək ki, bir neçə gün bundan öncə İradə İsaqın ATV
kanalında yayımlanan "Düz Üzünə" verilişinin qonağı Hüseyn Dərya
olmuşdu.