Yuxarı

Dondurulmuş balıq alanlar: bu xəbərə diqqət - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dondurulmuş balıq alanlar: bu xəbərə diqqət - Video

Çindən gətirilən dondurulmuş balıqların üzərindəki etiket dəyişdirilərək yenidən satışa çıxarılır. Belə bir iddia irəli sürən Rasim Behbudov dövlət orqanlarına da bu barədə müraciət edib. Firmadan isə deyilənlərin yalan və böhtan olduğu bildirilib.

Xəzər TV xəbər verir ki, balıq satışı ilə məşğul olan firmalardan birinin keçmiş işçisi bildirir ki, məhsulların üzərindəki yarlıq dəyişdirilərək satılır. Onun sözlərinə görə, firma dondurulmuş balığı Çindən gətirir və vaxtı bitdikdən sonra üzərindəki etiket dəyişdirilərək satılır.

Rasim Behbudovun sözlərinə görə, bu səbəbdən işdən də çıxıb. İşdən çıxdıqdan sonra isə İqtisadiyyat Nazirliyinə müraciət edib.

İddialarla bağlı firmadan bildirildi ki, deyilənlər yalan və böhtandır.

Həmçinin qeyd olundu ki, Rasim Behbudov haqqında bir neçə dəfə şikayət gəldiyi üçün və deyilən sənədləri təqdim etmədiyindən firma tərəfindən işdən çıxarılıb. Yəni, öz istəyi ilə çıxmayıb.

İqtisadiyyat Nazirliyindən isə bildirildi ki, Rasim Behbudov Antinhisdar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə dəvət olunub və ərizəsi alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Tarix
2016.11.10 / 23:55
Müəllif
Axar.Az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla