Yuxarı

Bakıda maşınlar bu üsulla kreditə verilir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banklarda avtomobil kreditləri ilə bağlı şərtlər sərtləşəndən sonra maşın alanlar və ya satanlar başqa üsula əl atıbar.

Rəsmiləşdirilməmiş, satıcı ilə alıcı arasında razılaşdırılmış "kreditlər" yaranıb - alıcı avtomobili sahibindən kreditlə götürür və ödənişi də elə ona edir.

Avtomobilin nağd satışı 8000 manatdır. Lakin ilkin ödəniş 4000 manat etməklə, 24 aylıq kreditlə də avtomobili almaq mümkündür. Söhbət hər hansı bankla bağlanmış kredit müqaviləsindən getmir. Bu krediti avtomobil sahibləri özləri təklif edirlər.

Xezerxeber.com xəbər verir ki, avtomobil satışı saytlarında kifayət qədər bu cür kredit elanları görmək mümkündür. Məsələ bundadır ki, belə halda alıcı ilə satıcı arasında heç bir rəsmi sənədləşmə getmir. Satıcı ilkin məbləği aldıqdan sonra alıcıya sadəcə müvəqqəti etibarnamə verəcəyini deyir.

Müvəqqəti etibarnamə isə heç də avtomobilə mülkiyyət hüququ vermir. Sahibi istənilən vaxt onu ləğv elətdirə bilər. Hüquqşünas Asif Abdullayev qeyd edir ki, nəqliyyat vasitəsi ilə əlaqəli istənilən müqavilə Bakı Şəhər Yol Polisi İdarəsində qeydiyyatdan keçməlidir.

Tarix
2016.11.20 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

Tehran agentlərini qəsdən Bakıda həbs etdirir - Səbəb

Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

Nazir Rza Məmmədova vəzifə verdi

Tramp, Əliyev və Paşinyan görüşünün - Təfərrüatı

Yəmən Prezident Şurasının sədri Bakıya dəvət olundu

Tramp Bakı və İrəvan arasında sülhə yaxındır - Senator

Əli Əsədov Türkmənistanda

Mixail Qusman yeni vəzifəyə təyin olunub? - Özü açıqladı

Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi

Şahin Şıxlinski barəsində qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla