Yuxarı

Masallıda zəncirvari qəza: 1 ölü, 3 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masallıda zəncirvari qəza: 1 ölü, 3 yaralı

Masallıda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə martın 27-də saat 21.00 radələrində rayonun Bambaşı kəndi ərazisində qeydə alınıb. "VAZ-2107", "VAZ-21011" və "Mitsubishi Pajero" markalı minik avtomobillərinin bir-biri ilə toqquşması nəticəsində "VAZ-21011"-in sürücüsü, Masallının Güllütəpə kənd sakini, 1948-ci il təvəllüdlü İmaməli Feyruz oğlu Qubadov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobilin sərnişinləri, rayonun Güllütəpə kənd sakinləri, 1947-ci il təvəllüdlü Qızxanım Xanı qızı Qubadova və 1954-cü il təvəllüdlü İstəgül Səlimxan qızı Qubadova, həmçinin "VAZ-2107" markalı avtomobilin sərnişini, Masallı şəhər sakini, 1989-cu il təvəllüdlü Ülvi Akif oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Mərkəzinə yerləşdiriliblər. Müvafiq tibbi yardımdan sonra hər 3 yaralının vəziyyəti hazırda kafi qiymətləndirilir.

Faktla bağlı Masalı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2014.03.27 / 22:56
Müəllif
Axar.az
Digər xəbərlər

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla