Axar.az
Yuxarı

Axar.Az Logo

Sosialyönümlü siyasət gücləndiriləcək - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Zərdab rayonunda bu rayonun və Ucar, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, müraciətlər imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil və reabilitasiya vasitələri, bərpa müalicəsi xidmətləri ilə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya və digər sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb olunma və s. məsələləri əhatə edib. Nazirliyin struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə keçən qəbul zamanı hər bir müraciətə diqqətlə yanaşılıb, onların qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılması təmin olunub. Ayrı-ayrı məsələlər araşdırılaraq nəticəsi əsasında tədbirlər görülməsi üçün nəzarətə götürülüb.

Vətəndaşlarla görüş zamanı S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin daim diqqətdə saxlandığını vurğulayıb: “Son illərdə dünya iqtisadiyyatında böhranın kəskinləşməsi səbəbindən bir çox ölkələrdə sosial proqramlarla bağlı sərt qənaət mexanizmləri işə salınsa da, Azərbaycanda sosialyönümlü siyasət daha da gücləndirilir. Bunun əyani nümunəsi kimi, əvvəlki illərdə olduğu kimi, növbəti ilin dövlət büdcəsi də sosialyönümlü xarakter daşıyacaq. Cənab Prezidentin bu günlərdə Zərdab rayon ictimaiyyəti ilə görüşündə bəyan etdiyi kimi, sosial məsələlərin həlli bundan sonra da prioritet olacaq və sosial proqramlar gələn il də artıqlaması ilə icra ediləcək”.

Vətəndaşların dövlət büdcəsi hesabına mənzillə təminata dair müraciətlərini cavablandırarkən S.Müslümov dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən görülən işlərin davamı kimi, bu ilin ötən dövründə nazirliyin 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin etdiyini bildirib: “Sərəncamın icrası çərçivəsində Zərdab, Ucar, İmişli, Beyləqan və Füzuli rayonlarında 26 ədəd fərdi yaşayış evi bu təbəqələrdən olan şəxslərin istifadəsinə verilib. Həmçinin Beyləqan rayonunda bu ilin may ayında 54 mənzilli yaşayış binası Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Yaxın vaxtlarda Kürdəmir rayonunda 8 ədəd, Füzuli rayonunda 4 ədəd fərdi yaşayış evi də bu təbəqələrə aid vətəndaşlara veriləcək. Bu rayonlarda həmin imtiyazlı insanlar üçün mənzil tikintisi hazırda davam etdirilir və qarşıdakı dövrdə də yeni evlərin tikintisi nəzərdə tutulur”.

Qəbul zamanı bir sıra vətəndaşların müraciətlərinə əsasən onların reabilitasiya vasitələri, bərpa-müalicə xidmətləri ilə təmin edilmələri, aktiv əmək bazarı proqramlarına cəlb olunmaları və s. ilə əlaqədar S.Müslümov tərəfindən nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verilib. Habelə ayrı-ayrı vətəndaşlara yaşadıqları ərazi üzrə münasib işlərlə təmin edilmələri üçün vakant iş yerləri təklif olunub və onlara seçdikləri iş yerlərinə göndərişlər təqdim edilib. “Hazırda sakinlərini qəbul etdiyimiz Zərdab, Ucar, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonları üzrə bu ilin yanvar-noyabr aylarında 3175 nəfər nazirliyin məşğulluq orqanları vasitəsilə münasib işlərlə təmin olunub, 104 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib”,- deyə bildirən S.Müslümov özünüməşğulluq proqramının icrası işlərinin bu 7 rayonu da əhatə etdiyini diqqətə çatdırıb: “Hazırda özünüməşğulluq proqramı üzrə təlimləri bitirənlər üçün biznes-planların qiymətləndirilməsi prosesi davam edir. Müsbət haldır ki, indiyədək qiymətləndirmədən keçənlərin 80 faizdən çoxunun biznes-planları uğurlu hesab edilib. Onların ailə bizneslərinin qurulması üçün mal və materiallarla təmin olunmalarına yaxın vaxtlarda başlanacaq”.

Qəbula gələn vətəndaşlar əhalinin etibarlı sosial müdafiəsinin təşkil olunmasına, sosial cəhətdən həssas əhali qruplarının diqqət və qayğı ilə əhatə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Tarix
2016.12.09 / 12:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha bir vəzifəli şəxs SOCAR-dan getdi

“TikTok”da narkotiki təbliğ edən 6 nəfər tutuldu - Video

Azərbaycanda iki uşaq anası "patı"dan öldü

Casusluqda ittiham olunan ermənilərə hökm oxundu

Tərtərdə 5 yaşayış məntəqəsinin yolları yenidən qurulur

Əbülfəs Qarayev xaricə getmək istədi, aeroportdan qaytarıldı

Sabah bu ərazilərə yağış yağacaq

Biləsuvarda su problemi: Başçı sakinləri qəbul etdi

Rektorun bıçaqlanan müşaviri ilə bağlı - Açıqlama

Azərbaycan Əfqanıstana yeni səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla