Yuxarı

Axar.Az Logo

Ermənistan etiraf etdi: Azərbaycana keçən "çoban"...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədovun bir neçə gün əvvəl Trend İnformasiya Agentliyinə müsahibəsində açıqladığı faktlara münasibət bildirən Ermənistanın analoji komissiyasının İşçi Qrupunun rəhbəri Armen Kaprielyan erməni çoban Manvel Sarıbekyanın əslində müddətdən artıq xidmət keçmiş əsgər olduğunu "etiraf" edib.

Qeyd edək ki, 2010-cu ilin sentyabrında Azərbaycan ərazisində saxlanılmış və bir müddət sonra saxlanıldığı kamerada intihar etmiş Ermənistan vətəndaşı Manvel Sarıbekyanın guya çoban olması barədə həmin vaxt və sonrakı dövrlərdə Ermənistan kütləvi informasiya vasitələrində bu ölkənin rəsmi qurumlarına istinadən cəfəng məlumatlar yayılmışdı.

E.Səmədov A.Kaprielyanın "etiraf"ı ilə bağlı Trend-ə bildirib:

"A.Kaprielyanın müsahibəsinin əsas məqsədi bizim verdiyimiz təklifdən yayınmağa hesablanıb. Bu da təbiidir. Çünki Ermənistandakı mövcud hakimiyyəti sadə ermənilərin taleyi düşündürmür. Biz təklif edirik ki, hazırda hər iki tərəfdə saxlanılan üç nəfərin (iki azərbaycanlı, bir erməni) azad edilməsi üçün bir masa arxasında oturaq və məsələni müzakirə edək. A.Kaprielyan isə bu məsələni bir kənara qoyaraq Ermənistan ictimai fikrini saxlanılan şəxsin azad edilməsi məsələsindən yayındırmağa cəhd edir. O ki qaldı onun beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı fikirlərinə, mən Ermənistan tərəfinin hüquq normalarını pozması ilə bağlı yüzlərlə fakt söyləyə bilərəm. Hətta bunu məndən çox-çox əvvəl ABŞ-dan siyasi sığınacaq istəmiş Ermənistan vətəndaşı və keçmiş hərbçisi Mesrop Martirosyan da etiraf edib".

O əlavə edib ki, M.Martirosyan məhkəməyə ifadəsində hərbi əsir düşərgələrində əzab verilmiş, bədənlərinin hissələri kəsilmiş əsirləri gördüyünü bildirib: "Mən qulaqları kəsilmiş insanlar görmüşəm… Uşaqların kəsilmiş bu qulaqlarla oynamasının şahidi olmuşam", "Erməni milli ordusu məni hərbi əsirlərin saxlandığı düşərgəyə göndərmək istəyirdi. Lakin onlara bildirdim ki, mən əsgərəm, cəllad deyiləm. Mən əsirlərə qarşı eşitdiyim vəhşilikləri öz əməlimlə təkrarlaya bilmərəm". Budurmu Ermənistanın humanizmi? Yaxud hansı ölkə döyüş zamanı əsir düşmüş hərbçinin anasını müxtəlif yollarla aldadaraq öz ölkəsinə aparmış, ananı girov saxlayaraq əsir övladı metroda terror aktı törətməyə məcbur etmiş, bununla da dinc insanların ölümünə hökm vermişdir? 3 iyul 1994-cü il tarixdə Bakı Metropoliteninin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarında 13 nəfərin həlak olması, 42 nəfərin yaralanması ilə nəticələnən partlayış Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı 13 yanvar 1994-cü ildə əsir götürülmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilib. Bəli, məhz Azər Aslanovun bu terroru törətməsində əsas rolu anasının girov saxlanması oynayıb.

Tarix
2016.12.14 / 10:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimiz ABŞ-da korrupsiya ilə bağlı dəlillər təqdim etdi

Bakı ilə əməkdaşlığa xitam vermək... - ABŞ

Əliyevin bu müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Bayramov Abdullahianla nələri müzakirə etdi?

Huk Tiflisdə, Armen ABŞ-da; Obrayen isə Bakıya gəlir

Borrellin fikirləri qəbuledilməzdir - XİN

Türkiyə İsveçin üzvlüyünə mane olmayacaq - Obrayen

Azərbaycan və İran admiralları Bakıda görüşdü - Foto

Ərdoğanın müavini PA-da - Görüş keçirildi

KTMT-dən Cənubi Qafqazla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla