Yuxarı

Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah hava necə olacaq?

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz. Səhər zəif duman, çiskin. Lakin axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütünundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Dekabrın 17-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyi fonunda rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 18-19-da meteoroloji amillərin mülayim və zəif tərəddüdü müsbət amildir.

Tarix
2016.12.16 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla