Yuxarı

İnəyin vuraraq kanala saldığı qadın meyiti tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda Yuxarı Şirvan kanalına düşən qadının meyiti tapılıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki Aran Dalğıc-Axtarış Qrupunun rəisi Kamil Allahverdiyev APA-nın yerli bürosuna bildirib ki, hadisə martın 30-da saat 15:00 radələrində Göyçay rayonunun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü İbrahimova Zemfira İbrahimxəlil qızı Yuxarı Şirvan kanalının üstündəki piyada körpüsündən keçərkən ayağı sürüşərək suya düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, qar və yağış yağdığı üçün piyada körpüsünün üstündəki torpaq islanaraq palçığa çevrilib. Qadın oradan keçərkən körpünün üstündə olan inək onu vurub və qadın qaçmaq istəyərkən ayağı sürüşərək kanalın ortasına düşüb. Suda boğularaq ölən Zemfira İbrahimova Bığır kənd xəstəxanasında tibb bacısı işləyirdi. Dörd uşaq anası olan Zemfira İbrahimovanın meyitinin tapılması üçün 3 gün ərzində kanalda axtarış işləri həyata keçirilib. Aran Dalğıc-Axtarış Qrupunun 5 nəfərdən ibarət dəstəsi gecə və gündüz saatlarında motorlu qayıq və xüsusi alətlər vasitəsilə suda axtarış aparıblar. Bu gün saat 19:00 radələrində qadının meyiti kanala düşdüyü yerdən 2 kilometr aralıdan tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, həmin gün axşam mərhum Zemfira İbrahimovanın qaynının oğlunun toy mərasimi olub. O, toy mərasimi keçiriləcək evə gedərkən yolda kanalın üstündən suya düşüb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Yerli sakinlər bildiriblər ki, Göyçayın Bığır kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının üzərindəki qəzalı piyada körpüləri əsl təhlükə mənbəyinə çevrilib. Bu körpülər son vaxtlar baxımsız qaldığı üçün tamamilə yararsız hala düşüb. Uzunluğu 30 metr və eni 40 santimetr olan körpülərin kənarları dağılıb, müxtəlif yerlərdə böyük dəliklər əmələ gəlib. Kənarlarında dəmir məhəccərləri olmayan bu piyada körpüləri daim təhlükə mənbəyi hesab edilir. Sakinlərin sözlərinə görə, bu qəzalı körpülər dəfələrlə mal-qara və insan tələfatına səbəb olub. Yağış yağan zaman körpünün üstündəki torpaq palçığa çevrilir və sürüşkən olur. Kənarında əllə tutub keçməyə heç nə olmadığı üçün bu körpülər uşaqlar, yaşlı insanlar üçün çox təhlükəlidir. Kanalın hər iki tərəfində evlərin olması və 100 metr aralıda orta məktəbin yerləşməsi onu deməyə əsas verir ki, insanlar çarəsiz qalaraq bu qəzalı körpüdən daim istifadə edirlər. Bığır kəndindən keçən bu kanalın üstündə 15-ə yaxın bu cür qəzalı piyada körpüləri var.

Tarix
2014.04.01 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda cərraha yüksək vəzifə verildi

Zakir Həsənov Okay Məmişlə görüşdü

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla