Yuxarı

Keçmiş nazirin maşınını hansı general saxladı? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobili cərimə meydançasına aparılıb.

Lent.az xəbər verir ki, bu barədə sabiq nazir özü sosial şəbəkədə yazıb.

Aeroport şosesində Azərbaycanın keçmiş xarici işlər naziri, general rütbəsinə bərabər fövqəladə və səlahiyyətli səfir titulu daşıyan Tofiq Zülfüqarov maşınından düşürülüb və avtomobil cərimə meydançasına aparılıb. Səbəb isə onun 10 AA 102 dövlət nömrə nişanlı avtomobilə magistral yolda bir qədər gec yol verməsi olub. Nəticədə yol polisi əməkdaşlarına Tofiq Zülfüqarovun ailəsinin də olduğu maşını saxlamaq və cərimə meydançasına aparmaq göstərişi verilib.

Hadisə ilə bağlı Tofiq Zülfüqarov feysbuk səhifəsində belə yazıb:

"Mən söz vermişdim ki, Ermənistan-Azərbaycan münaqişəsindən başqa mövzulara toxunmayacam, lakin vəziyyət məni istisnalar etməyə vadar edir. Bu axşam öz ailəm ilə birlikdə Mərdəkandakı evimə qayıdırdım. Başıma xoşagəlməz və heyrətamiz hadisə gəldi. Arxamca gələn hansısa maşın, baxmayaraq ki, hərəkət çox intensiv idi və heç bir zolaqlarda yol yox idi, işıq siqnalları verirdi. Əsəbi-isterik vəziyyət yaradırdı. İşıqdan gözümü kor edirdi. İmkan yaranan kimi ona yol verdim və qarşıya buraxdım. Amma bundan sonra həmin maşın da sürəti azaltdı.

Saatda 120 kilometr sürət həddi olan yolda əyləci basdı. Görəndə ki, qarşımda hansısa qeyri-adekvat və aqressiv insandır, ona işıq siqnalı verdim. Ötmə əməliyyatı edərək sağ zolağa keçdim. Elə bu anda bir patrul maşını mənə çatdı. Maşını saxladım. Polis inspektoru mənə bildirdi ki, qaydaları pozmuşam. Sən demə, onun hansısa böyük bir vəzifəsi var imiş və mənə BMV avtomobilinin üzlüyünün altındakı mayak işıqları ilə siqnal veribmiş. Açığı deyim ki, mənim maşınım böyükdür və o avtomobilin üzlüyü arxasında hansı işığın yandığı görünmür. Bu video reqistratora da düşüb. Əgər həmin mayak maşının üstündə quraşdırılmış olsaydı, əla görünərdi. Patrul əməkdaşları böyük hörmətlə mənim sənədlərimi yoxladılar, alkoqol testi keçirdilər və içkili olmadığımı gördülər.

Bundan sonra mənə bildirdilər ki, maşında Şəhər Polis İdarəsindən hansısa general var. Dedilər ki, onlara göstəriş verilib ki, mənim maşınımı cərimə meydançasına aparsınlar. "Nə üçün?" sualına isə cavab verdilər ki, heç bir irad tuta bilmirlər və hətta heç protokol da yazmadılar. Mən onların tələblərini yerinə yetirdim və onlar özləri məni evə gətirdilər.

Əgər ciddi desək, lap gənc yaşlarımdan mənim bu görünməz generaldan daha böyük imtiyazlarım olub. Lakin mən heç vaxt bu imtiyazlarımdan sui-istifadə etməmişəm. Çox ləyaqətli insanlar olan sürücülərim və mühafizəçilərim "seçilmiş olduqlarını" nümayiş etdirməyiblər. Açığı desəm, mənim səfir rütbəm, ən yüksək diplomatik rütbədir. Bu, general rütbəsinə bərabər bir rütbədir. Mənə bu rütbəni 1998-ci il 15 yanvar tarixində Prezident Heydər Əliyev verib və buna görə hər zaman qürur duymuşam".

***

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması hadisəsi ilə bağlı açıqlama verib.

General Səhlab Bağırov avtomobilin yol-hərəkət qaydalarını pozduğuna görə cərimə meydançasına aparıldığını deyib:

“Sürücü yol hərəkəti qaydasını pozub, saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb”.

Qeyd edək ki, bu gün mətbuatda Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbər yayılıb. Sabiq nazir bildirib ki, 10 AA 102 dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyi üçün cəzalandırılıb. Həmin dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırovun xidməti avtomobilidir.

Tarix
2017.03.02 / 15:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla