Yuxarı

Sumqayıt yolunda ağır qəza: 5 ölü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt yolunda ağır qəza: 5 ölü - Video

09:45

Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Trend-ə istinadla xəbər verir ki, Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusu yük maşınına çırpılıb.

Publika.az qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin 3 tələbəsinin həyatını itirdiyini yazıb. Ölənlərdən biri İbrahim Quliyev adlı tələbədir. 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi vurğulanır.

Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlət Universitetinə aparırmış.

Hazırda qəza səbəbindən həmin yolda tıxac yaranıb.

***

10:19

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir.

***

10:53

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb. Ölənlərin 4-ü də tələbədir.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyevin verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət almış daha bir neçə yaralı xəstəxanaya daxil olub.

Qəza nəticəsində ölən və xəsarət alanların bəzilərinin adları məlum olub.

Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə nəticəsində ölənlərdən biri 1997-ci il təvəllüdlü Aygün Məmmədovadır.

Bundan başqa, 2 nəfər - 1997-ci il təvəllüdlü Canıyev Rəşad Füzuli oğlu və 1997-ci il təvəllüdlü Həmidov Emin Vaqif oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində daha iki nəfər - 1998-ci il təvəllüdlü Mürsəlov Aydın Zahid oğlu və 1997-ci il təvəllüdlü Tağıyev Samir Məhəd oğlu Sumqayıt şəhər Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, yol qəzası nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Report-un yaydığı videonu təqdim edirik.

Tarix
2017.03.09 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla