Yuxarı

Polisdən qəza ilə bağlı - Şok açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisdən qəza ilə bağlı - Şok açıqlama

15:31

Bir hadisə baş verən kimi hamı deyir ki, yol polisi baxmalıdır. Hər qurum gərək öz üzərinə düşən vəzifəni yerinə yetirsin.

DİN-in Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Axar.az-a açıqlamasında deyib. K.Əliyev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözügedən mikroavrobuslara sərnişin daşımaq üçün verdiyi lisenziyanın ləğvindən sonra bu barədə BDYP-ni məlumatlandırıb-məlumatlandırmadığı sualına belə cavab verib:

“Onların bizə xüsusi müraciətinə ehtiyac yoxdur. Bu məsələ sərəncamla tənzimlənir və biz də bunu bilirik. Sadəcə, polisin bütün avtomobilləri bir-bir yoxlamaq, hansı avtobusun tutumundan artıq sərnişin götürdüyünü izləmək imkanı məhduddur”.

K.Əliyev qeyd edib ki, bir çox hallarda sərnişinlər özləri bu cür qanunsuzluğa şərait yaradırlar:

“Sürücülərlə bərabər, sərnişinlərə də dəfələrlə demişik ki, yer olmadığı halda, ayaq üstə uzaq məsafəyə getməsinlər. Çünki bu mikroavtobuslarda ayaq üstə durmağa və ya haradansa tutmağa yer yoxdur. Lap qəza olmasa, sürücü anidən əyləci sıxsa, insanlar xəsarət ala bilərlər. Yol polisi avtobusun tutumundan artıq sərnişin götürdüyünü polis postunda görə bilər. Nəzərə alın ki, avtomobil postdan 3 saniyə ərzində keçir. Üstəlik, sürücü “polis var, aşağı yatın” deyən kimi sərnişinlər aşağı yatır və polis içəridə nəzərdə tutulduğundan artıq sərnişin götürüldüyünü müşahidə edə bilmir. Yəni etiraf edin ki, bu qanunsuzluqda sərnişinlər də iştirak edir”.

K.Əliyev yalnız faciəvi qəzalar zamanı əhalinin polisi “yada salmasına” və qınamasına da etiraz edib:

“Hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir – aidiyyəti qurumlar da, sərnişinlər də, sürücülər də. Yalnız onda belə faciələrin qarşısını almaq olar. Faciə baş verəndən sonra polisi qınamaq yersizdir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən mikroavtobusun yol hərəkəti qaydasını kobud surətdə pozması nəticəsində yol kənarında dayanan ZİL markalı yük maşınına çırpılması nəticəsində 2 qız və 3 oğlan olmaqla, 5 tələbə dünyasını dəyişib, 20-dən çox gənc yaralanıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olublar.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti həmin “Ford” markalı, 10 BE 132 dövlət mömrə nişanlı mikroavtobusun ümumiyyətlə sərnişin daşımaq üçün lisenziyası olmadığını açıqlayıb. Üstəlik, sürücünün 16 yerlik mikroavtobusa 28 sərnişin götürdüyü də üzə çıxıb və bu da narazılıqla qarşılanıb.

Faktla bağlı qəzanı törədən "Ford" markalı mikroavtobusun sürücüsü Namiq Hüseynov və ZİL markalı yük avtomobilinin sürücüsü Elvin Şəmistanlı saxlanılıb.

Tarix
2017.03.09 / 16:30
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Əliyevlə Paşinyanın 2 ayda 4-cü görüşü... - Ekspert

Şad xəbər: faizsiz kreditlər veriləcək - Yeni sistem

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla