Yuxarı

Məcburi köçkünlərin bayram sevinci: İlk dəfə qaz verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 11-də Novruz bayramı ərəfəsində, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilib.

Axar.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 4456 abonenti olan bu qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında 200 min 555 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlərin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevin salamlarını Cəbrayıldan olan məcburi köçkünlərə çatdırdı.

Ulu öndər Heydər Əliyevin ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxladığını, məhz onun fərman və sərəncamları ilə Biləsuvar rayonu ərazisindəki çadır düşərgələrinin ləğv edilərək orada məskunlaşmış məcburi köçkünlərin yeni salınmış qəsəbələrə köçürüldüklərini diqqətə çatdıran Əli Həsənov Ümummilli Liderin 1998-ci ildə Biləsuvar rayonu ərazisindəki çadır düşərgələrinə səfərini, həmçinin 1999-cu ildə Biləsuvar rayonu ərazisində 4 məcburi köçkün gəncin toy mərasimində iştirak etməsini minnətdarlıqla xatırladı.

Əli Həsənov bildirdi ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğı ilə yanaşır. “Dövlətimizin başçısı 2003-cü il oktyabrın 1-də prezident seçkiləri öncəsi ilk görüşünü məhz elə bu ərazidə Cəbrayıldan olan məcburi köçkünlərlə keçirdi. O zaman Prezident İlham Əliyev çıxışında bildirdi ki, gün gələcək Cəbrayıl rayonu işğaldan azad ediləcək və biz sizinlə inşallah, Cəbrayılda görüşəcəyik. Artıq o günlər yaxınlaşır və biz sizinlə Prezident İlham Əliyevi işğaldan azad edilmiş torpaqlarda qarşılayacağıq”, - deyə Dövlət Komitəsinin sədri vurğuladı.

Baş nazirin müavini dedi: “Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı bu gün də dövlətimizin diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da martın 9-da ilk müşavirəsini bu problemə həsr etdi. Mehriban xanım çıxışında qaçqın və məcburi köçkün probleminin ölkənin əsas problemi olduğunu bildirdi. Sizi əmin edirəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulacaq və biz sizinlə o torpaqlara qayıdacağıq. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” bu il yanvarın 24-də imzaladığı Sərəncam dünyaya səs salıb”.

Əli Həsənov onu da vurğuladı ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı düşməndən azad olunan Cocuq Mərcanlı kəndində 23 ildir yaşayan Həziyevlər ailəsi dünyaya azərbaycanlıların torpağa, doğma elə, yurda, vətənə bağlılığına bir nümunədir. Dövlət Komitəsinin sədri, həmçinin diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Ermənistanın faşist, cinayətkar prezidenti artıq diz çöküb və bütün dünyada təklənmiş vəziyyətə düşüb. Hətta havadarları da ondan uzaqlaşıb.

Baş nazirin müavini Biləsuvar rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin Prezident İlham Əliyevin tapşırığı ilə qısa zamanda qazlaşdırılmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi.

Sonra çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etdi, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışdı. Qeyd etdi ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR-ın prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğuladı.

Cəbrayıl rayonundan olan məcburi köçkünlər Səkinə Quliyeva və Hidayət Səfərli çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Onlar Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsini böyük sevinclə qarşıladıqlarını diqqətə çatdırdılar.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov da məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə cəbrayıllılar adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonra qəsəbələrə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldı, yaxınlıqdakı evlərdən birinə təbii qazın verilməsinə baxış keçirildi.

Tarix
2017.03.11 / 18:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla