Yuxarı

Tovuzda qəza: 9 nəfər xəsarət aldı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzda qəza: 9 nəfər xəsarət aldı - Yeniləndi

10:09

Səhər saatlarında Tovuz rayonunda yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində, Tovuzçay üzərindəki körpüdə qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən VAZ-21011 markalı avtomobil VAZ-21011 markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və 4 sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Tovuz rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralıların ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır. Onlardan biri qadındır.

Hazırda Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır, yaralıların kimliyi və qəzanın dəqiq səbəbləri araşdırılır.

10:44

Tovuz rayonunda baş vermiş yol qəzasında xəsarət alanların sayı 9-a çatıb.

Report-un məlumatına görə, xəsarət alan şəxslər Tovuz rayon Bayramlı kənd sakini, 1963-cü il təvəllüdlü Zahid Haçıyev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Qasımov, Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Gündüz Məhərrəmov, Bayramlı kənd sakini, 1984-cü il təvəllüdlü Samir Paşayev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Azadə Cəfərova, Tovuz rayon sakini, 1956-cı il təvəllüdlü Afət Axundova və onun baçısı Mətanət Axundovadır. Digər iki yaralının vəziyyəti yüngül olub.

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin körpü üzərində ötmə əməliyyatı aparması olub.

Tarix
2017.03.19 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla