Yuxarı

Bu şəxslərə qarşı mübarizə aparılacaq - DİM

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda istifadə olunmuş test tapşırıqlarını və müxtəlif nəşrlərini qeyri-qanuni yollarla yayımlayanlara qarşı mübarizə davam etdirilir.

Bu barədə Axar.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, TQDK tərəfindən keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının, o cümlədən “Abituriyent” jurnalının redaksiyasına məxsus müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və jurnalların ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır: "Çox təəssüf ki, TQDK tərəfindən ayrı-ayrı illərdə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Rezidentura” jurnalında nəşr olunmuş test tapşırığı nümunələri, TQDK-nın keçirdiyi rezidentura üzrə onlayn sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, həmçinin Azərbaycan Tibb Universitetinin “Patoloji anatomiya” kafedrasının müdiri Həsənov Ədalət Bəybala oğlunun müəllifi olduğu müxtəlif test tapşırıqları qanunsuz olaraq Azər Arif oğlu Gülməmmədov tərəfindən “Patoloji anatomiya” adlı kitab kimi nəşr edilib və satışı təşkil olunub. Bununla da onların müəllif hüquqları pozulub.

Qeyd olunanlarla əlaqədar “Abituriyent” jurnalı redaksiyasının, eləcə də Ədalət Həsənovun Gülməmmədov Azər Arif oğluna qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə kompensasiya ödənilməsi, pirat nüsxələrin satışdan yığışdırılaraq məhv edilməsi və satışının qadağan edilməsinə dair” iddia ərizəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılıb. Lakin cavabdeh məhkəmənin qərarı ilə razılaşmayaraq apelyasiya şikayəti verib, iş üzrə 1-ci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini tələb edib. 29 dekabr 2016-ci il tarixli 2(103)-9766/2016 saylı qətnamə ilə Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanıb.

Məhkəmə kollegiyası hesab edib ki, cavabdeh Gülməmmədov Azər Arif oğlu tərəfindən çap edilib “Patoloji anatomiya” adlı kitabın pirat nüsxələr hesab edilməklə satışdan çıxarılaraq məhv edilməsi və həmin materialların yerləşdirildiyi Facebook səhifəsinin bağlanılması, cavabdeh Gülməmmədov Azər Arif oğluna “Patoloji anatomiya” adlı kitabın satışının qadağan edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçılara dəymiş zərərin ödənilməsi əvəzinə, pozuntuya yol verən şəxsdən, yəni Gülməmmədov Azər Arif oğlundan tutulmalı olan kompensasiyanın hər bir iddiaçı üçün ayrılıqda 3.000 manat, ümumi olaraq 6.000 manat məbləğində təmin edilməsini qanuni və ədalətli hesab edib."

Xatırladaq ki, 14 iyul 2016-cı il tarixində Zərdab Rayon Məhkəməsi də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddiasını təmin edilib və bununla bağlı 2(035)-570/2016 saylı qətnamə qəbul edilib. Belə ki, ötən il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb. Cavabdeh, həmçinin ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol verilib.

DİM və “Abituriyent” jurnalı redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcək. Bir daha xatırladırıq ki, rəsmi razılıq olmadan DİM və “Abituriyent” jurnalı redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır!

Tarix
2017.04.04 / 22:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla