Yuxarı

Azər Ayxan: “Əvəz Temirxan səhv eləyir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni Müsavat" qəzetinin Əvəz Temirxan haqda verdiyi xəbər ALP sədrini özündən çıxardıb.

Əvəz Temirxan haqda yazılan xəbərdə onun siyasətdən getdiyi və bundan sonra vəkilliklə məşğul olacağı qeyd edilib.

ALP sədri "Aznews.az"a verdiyi açıqlamada siyasətdən getmədiyini və "Yeni Müsavat"ın ona qarşı kampaniya apardığını bildirib:

"Onların nəzərinə çatdırıram ki, bütün kampaniyalara baxmayaraq, bundan sonra siyasi fəaliyyətimi davam etdirəcəyəm".

"Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan "Axar.az"a açıqlamasında Əvəz Temirxanın "Yeni Müsavat"a qarşı qərəzli və kompleksli olduğunu söylədi:

"Əvəz bəy, yumşaq şəkildə desək, səhv eləyir. "Yeni Müsavat"ın bugünkü sayında onun vəkillik fəaliyyəti ilə məşğul olacağı barədə gedən xəbər əslində onun xeyrinədir və bir növ reklamına xidmət edir. Əvəz Temirxan vəkillik xidməti ilə bağlı öz "feysbuk" səhifəsində kampaniya aparır. Əslində, o xəbəri ictimailəşdirməklə biz onun kampaniyasına dəstək vermişik, burda pis nə var ki? Görünür, Əvəz Temirxanın "Yeni Müsavat"la bağlı kompleksi var. O, bu kompleksi aşarsa və "Yeni Müsavat"da gedən yazıya pozitiv baxarsa, bu xəbərin onun xeyrinə olduğunu başa düşər və nəticədə bizə təşəkkür edər".

A.Ayxan daha sonra bildirdi ki, qəzetin əməkdaşı Ə.Temirxana zəng edib bu haqda fikrini öyrənmək istəyib: "Əvəz bəy əgər "Yeni Müsavat"ın əməkdaşına iki cümləlik açıqlama versəydi, həmin xəbər tamam başqa cür, fərqli mahiyyətdə dərc olunacaqdı və hörmətli ALP sədrinin də bu qədər inciməsinə, əsəbiləşməsinə, həmçinin qiymətli zamanından ayırıb mediaya əlavə izahat verməsinə gərək qalmayacaqdı. Bizim siyasətçilərin mətbuatdan küsmələri təkcə biz jurnalistlərə deyil, həm də özlərinə zərərdir".

Tarix
2013.11.14 / 15:28
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Prezident Laziz Kudratovu qəbul etdi

İsrail Tehrana 60 qırıcı ilə hücum etdi

Diplomatlar Laçında səfərdədir

Bu ölkə konsulluq xidmətini Tehrandan Bakıya göndərir

Xameneiyə sui-qəsd İsrailə baha başa gələr - 3 səbəb

İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - Video

600 vətəndaşımız İrandan keçid üçün müraciət etdi

Tehran dəyərləndirdi: Netanyahu uğur qazandı, amma…

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi - Foto

İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla