Yuxarı

Avtobus qəzası: Yaralıların kimliyi bilindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:21

Mingəçevirdə Bu gün səhər saat 9 radələrində 8 saylı şəhərlərarası sərnişin avtobusu ilə "Kamaz-6511" markalı yük maşını toqquşub.

Report xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb

Qəza şəhərin avtovağzaldan Yüksək Texnologiyalar Parkı istiqamətində hərəkət edən Şükür Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi “32-BC-969 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun qovşaqdan əsas yola çıxan Əfqan Siracəddin oğlu Qaçayevin idarə etdiyi ”45-BD-212” dövlət qeydiyyat nişanlı “Kamaz”a çırpılması nəticəsində baş verib.

Hadisə nəticəsində 5 nəfər xəsarət alsa da, vəziyyəti ciddi olan sərnişinlərdən 4-nə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibbi müdaxilə olunub.

Hazırda 1955-ci il təvəllüdlü Yevlax rayon Havarlı kənd sakini Rahilə Nadir qızı Həsənova, 1984-cü il təvəllüdlü Yevlax rayon Xaldan kənd sakini Rahim İlqar oğlu Əsədov, 1979-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Natavan Muxtar qızı Hüseynova və 2000-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Sevda Cəsur qızı Hüseynovanın vəziyyəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir. Sevda Hüseynova artıq evinə buraxılsa da, digər üç nəfər zərərçəkmiş müalicəsini xəstəxanada davam etdirir.

Yaralıların vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2017.05.07 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək

Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Dünya bu üçlük arasında bölündü: indi “poker” gedir…

BMT-nin bu qurumunun Azərbaycandakı fəaliyyəti başa çatdı

Zakir Həsənov Afyoncu ilə görüşdü - Video

Rusiyadan deputatımızla bağlı açıqlama: Buna görə buraxılmadı

Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi

MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto

Ekoloji fəlakətlə bağlı Ermənistana müraciət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla