Yuxarı

İran məşhur güləşçini edam etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda naməlum ittihamlara görə 10 il həbsdə saxlanılan və sonradan zindanda digər bir məhbusu zorlamaqda günahlandırılaraq ölümə məhkum edilən məşhur güləşçi Höccətullah Tədru edam edilib.

Axar.az xəbər verir ki, İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, bir neçə dəfə ölkə çempionatı yarışlarında 1-ci yeri tutan tanınmış güləşçi İranın Kirmanşah şəhərinin zindanında dar ağacından asılıb.

Höccətulla Tədrunun ailəsinə yaxın mənbələrdən biri isə güləşçiyə qarşı irəli sürülmüş zorlama ittihamını rədd edərək, onun kimlərinsə qurğusunun qurbanı olduğunu bildirib.

Son vaxtlar İranda edamların sayının kəskin artması yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

Tarix
2017.05.27 / 12:20
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla