Yuxarı

Quba sakinlərinə Rusiya pasportu paylanır - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quba sakinlərinə Rusiya pasportu paylanır - Şok

Quba rayonundakı Qırmızı qəsəbədə bəzi sakinlərə Rusiya pasport paylanır.

Məlumata görə, qəsəbənin bütün sakinləri haqda bu sözləri demək mümkün olmasa da, müəyyən şəxslərin təxribata uymaq ehtimalı böyükdür.

Məsələ ilə əlaqədar Quba rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Tariyel İbrahimov bildirdi ki, bu barədə icra hakimiyyətinə heç bir məlumat daxil olmayıb. Qırmızı qəsəbədə əsasən yəhudi millətinə aid insanlar yaşayır.

Qeyd edək ki, bir qədər öncə Qusar rayonunda da rus pasportları, "Georgiyev lenti"nin paylanması barədə məlumatlar da yayılmışdı. 51 saylı Qusar Seçki Dairəsindən olan millət vəkili Azər Badamov isə bu məlumatı təxribat adlandıraraq, şimal bölgəsində tam sakitlik olduğunu bildirmişdi. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə mətbuata açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşlarına Rusiya pasportu almaq üçün sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycan Konstitusiyası və qanunlarına müvafiq olaraq tənzimlənməlidir: "Azərbaycan Konstitusiyası və qanunvericiliyində vətəndaşlığın əldə edilməsi, itirilməsi prosedurları qeyd edilib".

O, bildirib ki, ümumvətəndaş pasportu məsələsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Dövlət Miqrasiya Xidməti hazırda bu işlə məşğuldur. /Teleqraf.com/

Tarix
2014.05.15 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla