Yuxarı

Teymur Kərimli AMEA-da sədr təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Teymur Kərimli AMEA-da sədr təyin edildi

Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli komissiya sədri təyin edilib.

Axar.az xəbər verir ki, Humanitar Elmlər Bölməsinin bu gün keçirilən Büro iclasında AMEA Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "AMEA-nın professoru" elmi adı haqqında Əsasnaməyə uyğun olaraq HEB üzvlərindən ibarət Ekspert komissiyasının yaradılması məsələsi müzakirə edilib. Bölmənin qərarı ilə akademik Teymur Kərimli komissiyanın sədri təyin edilib.

İclasda bildirilib ki, AMEA Rəyasət Heyətinin 19 aprel 2017-ci il tarixli qərarı ilə elan edilmiş "AMEA-nın professoru" müsabiqəsində iştirak üçün humanitar elmlər üzrə dörd alimin namizədliyi irəli sürülüb. Bunlardan iki nəfər Ədəbiyyat İnstitutunun, bir nəfər Dilçilik İnstitutunun, bir nəfər isə Azərbaycan Dillər Universitetinin əməkdaşıdır.

Akademik Teymur Kərimli bildirib ki, müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisə və ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər əldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanması, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorlarının iştirak edir.

Tədbirdə bölmə filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərlinin Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

Tarix
2017.06.06 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla