Yuxarı

İftar verməyin savabı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İftar verməyin savabı

İslam dininin müsəlmanlara verdiyi göstərişlərdən biri də ehtiyacı olanlara və yoxsullara yemək verməkdir. Dinimiz buyurur ki, əgər qonşun acdırsa, sən tox ola bilməzsən. Gərək yeməyinin bir hissəsini onunla bölüşəsən.

Axar.az dəyərlər.org-a istinadən bildirir ki, yoxsullara yemək verməyin ən bariz nümunəsi kimi "İnsan" surəsini görmək olar. Allah bu əmələ görə məsumları (ə) o qədər mədh edir ki, bu əməlin əhəmiyyətini daha yaxşı dərk etmək olur.

Yoxsullara yemək vermək - peyğəmbərlərin (ə) sünnətidir. Həzrət İbrahim (ə), Həzrət Rəsuli-Əkrəm (s) bu sünnətin bariz nümunələridir. "Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: "Salam (olsun sizə)". (Lakin öz-özlüyündə) "(bunlar) yad bir dəstədirlər" (dedi). Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi. Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: "Yemirsiniz?!". ("Zariyat" 24-27).

Quranda oxuyuruq ki, Allah peyğəmbərə (s) buyurur: "Beləliklə, ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin". ("Həcc" 28).

Mübarək Ramazan ayında verilən iftar süfrələri də infaqın bir növüdür. Bu əməl cəmiyyətdəki məhəbbət və ülfəti artırır və qəlbləri bir-birinə yaxınlaşdırır.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, iftar verər - onun əcr və savabı oruc tutanların savabı kimidir".

İmam Kazım (ə) buyurur: "Oruc olan din qardaşına iftar vermək (müstəhəb) oruc tutmaqdan daha yaxşıdır".

Həzrət Peyğəmbər (s) "Şəbaniyyə" xütbəsində iftar vermək haqqında buyurur: "Hər kim bu ayda bir mömin oruc tutana iftar verərsə, Allah yanında savabı bir qul azad etməyə bərabərdir. Həmçinin keçmiş günahlarının bağışlanmasına səbəb olar". Bir nəfər qalxıb sual verir ki, əgər bizim yemək verməyə imkanımız yoxdursa, onda həmin savab bizə çatırmı? Həzrət (s) cavabında buyurur: "Allah Kərimdir. Bu savabı hətta o kəsə verər ki, oruc tutanın ixtiyarına bir qurtum süd, ya su və ya bir neçə xurma qoyar ki, orucunu iftar etsin".

Tarix
2017.06.07 / 02:22
Müəllif
Axar.az
Digər xəbərlər

Əgər bunu istəyiriksə, islahatlara getməliyik - Prezident

Prezident işdən çıxarılan başçıdan danışdı

Bu idarəetmə modeli bütövlükdə ölkəyə tətbiq edilə bilər

İlham Əliyevdən məmurlara ciddi xəbərdarlıq!

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... - Ərdoğan

Mənim üçün Azərbaycan məhz o torpaq idi - Əliyev

Prezident yerli televiziya kanallarına müsahibə verdi

Hamını bu mübarizəyə dəvət edirəm - Prezidentdən mühüm!

Ruslan Eyyubovun yerinə Qibləliyev təyin edildi

Ordumuz Qəzzaya gedəcəkmi? - Prezident nöqtə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla