Yuxarı

İki gündür yoxa çıxan jurnalist intihar edib? - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki gündür yoxa çıxan jurnalist intihar edib? - Yeniləndi

Bakı Dövlət Universitetinin tələbəsi itkin düşüb.

"Axar.az"ın xəbərinə görə, bu barədə Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədovun yaxınları məlumat veriblər. A. Məmmədov şənbə günü evdən internet kluba getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən A.Məmmədovun tapılması istiqamətində iş aparılır.

Hadisəylə bağlı "islamazeri.az"a danışan Asim Məmmədovun anası Samirə xanım deyib ki, "Mobil telefonunun ekranında tabut şəkli qoyulub və altında yazılıb: "Mən, bu həyatda belə yaşamaq istəmirəm. Hər şeyə görə bağışla" (Mətn Rus dilində yazılıb). Mən elə fikirləşirəm ki, o intihar edib. Evdən çıxdıqdan sonra mənimlə əlaqə saxlamayıb. Onu həbs etməyiblər. Bu dəqiqdir. Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət etmişəm. Polis həbs olunanlar siyahısında və intihar edən naməlum şəxslərin siyahısında adı yoxdur. Üzərində heç bir sənəd götürməyib. 2 gündür əlaqə saxlaya bilmirəm. Xaiş edirəm onun barəsində məlumatı olanlar mənimlə əlaqə saxlasın."

Asim Məmmədovun itkin düşməsi ilə bağlı noyabr ayının 17-də Elnur Radar "feysbuk" səhifəsində bu sözləri yazıb: "2 gündür evdən çıxıb və geri qayıtmayıb. Ailəsi, yaxınları çox narahatdır.

Evdən çıxarkən deyib internetkluba gedirəm. 3-4 manat və metro kartını götürüb. Mobil telefonunu götürməyib və həyatdan çox narazı olduğunu bildirib".

A.Məmmədovun yaxınları onun "İslamazeri.az" saytında ştatdankənar müxbir işlədiyini, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olduğunu bildiriblər.

Tarix
2013.11.18 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla