Yuxarı

7 min müəllim işdən çıxarıldı? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bəzi saytlarda 7000-dən artıq müəllimin işdən çıxarılması ilə bağlı əsassız informasiyalar yayılıb. İlk növbədə qeyd edim ki, sənədlərində problem olmayan və mərkəzləşmiş qaydada işə qəbul edilmiş heç bir müəllim vəzifəsindən azad edilməyib.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O, dioqnostik qiymətləndirmədə az bal toplayan müəllimlərin deyil, yalnız diplomları, təhsil sənədləri problemli olan müəllimlərin əmək müqavilələrinə xitam verildiyini bildirib:

“2009-cu ildən etibarən Bakı şəhərində yerləşən orta təhsil müəsisələrində müəllimlərin işə qəbulu mərkəzləşmiş test imtahanı vasitəsi ilə keçirilməyə başlayıb. Bu iş 2011-ci ildən bütün ölkəni əhatə edir. Bakıdan fərqli olaraq, regionlarda bu prosesin həyata keçirilməsində ciddi qanun pozuntuları, vakant yerlərin gizlədilməsi halları qeydə alınıb. Bildiyiniz kimi, 2011-ci ilə qədər bəzi ali təhsil müəsisələri təyinatlar verirdi. Lakin bu təyinatlar həm olduqca az faiz təşkil edirdi, həm də müəyyən qədər qeyri-şəffaf halların olmasına gətirib çıxarırdı“.

Ekspert deyib ki, 2011-ci ildən etibarən ölkə ərazisində olan bütün orta təhsil müəsisələrində qəbul prosesi imtahanla həyata keçirilsə də, məktəb direktorları, rayon təhsil şöbələri xüsusi maraq naminə vakant yerləri gizlədirdilər:

“2014-cü ildən etibarən isə Təhsil Nazirliyində kadr islahatları ilə bu proses daha ciddi, obyektiv aparılmağa başladı. Məlum oldu ki, 2011-ci ildən etibarən çox sayda müəllim hətta saxta diplomlarla işə qəbul edilib. Təhsil Nazirliyi bu problemi aradan qaldırmaq üçün 2014-cü ildə Bakıda, 2017-ci ilin aprel ayından isə demək olar ki, bütün ölkə ərazisində müəllimlərin dioqnostik qiymətləndirilməsinə başladı. Diaqnostik qiymətləndirmə zamanı məlum oldu ki, çox sayda müəllimin sənədləri qaydasında deyil“ .

Kamran Əsədov sənədlərində problem olmayan və mərkəzləşmiş qaydada işə qəbul edilmiş heç bir müəllimin vəzifəsindən azad edilmədiyini vurğulayıb:

“Ümümilikdə isə Əmək Məcəlləsinə əsasən heç kimin ixtiyarı yoxdur ki, müəllimi birbaşa işdən azad etsin. Çünki müəllimlərlə müddətsiz müqavilə imzalanır. Əmək Məcəlləsinin 67, 70, 71 və 74-cü maddələrinə əsasən müəllimlərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qaydaları var. Heç kim onları birbaşa işdən azad edə bilməz“ .

Ekspertin sözlərinə görə, müddətli və müddətsiz müqavilə bağlayan şəxslər mərkəzləşmiş qaydada keçirilən imtahanda iştirak edəcəklər:

“Hazırda diaqnostik qiymətləndirmədə az bal toplayan müəllimlərin deyil, yalnız diplomları, təhsil sənədləri problemli olan müəlimlərin əmək müqavilələrinə xitam verilir”.

Ekspert qeyd edib ki, 2013-cü ildən sonra gizlədilmiş vakant yerlərə qəbul olan şəxslər də yenidən imtahana buraxılacaqlar:

“Amma onlar mütləq şəkildə həmin imtahanda yüksək bal toplamalıdırlar“ .

Tarix
2017.07.01 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla