Yuxarı

Həbsxanaya düşmək üçün soyğunçuluq etdi - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsxanaya düşmək üçün soyğunçuluq etdi - Səbəb

Bakı şəhəri, Səbail rayonunda qadının pul kisəsini soyğunçuluqla əlindən alan şəxsə hökm oxunub.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, ərazidə olan kameraların köməkliyi ilə polis hadisəni törədən şəxsi - 1992-ci ildə Bakı şəhərində doğulmuş P.V.-nı müəyyənləşdirərək saxlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.

Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, həbs edilərək cəzalandırılması üçün sözügedən əməli törədib: "İçki içdiyim, maddi və psixoloji problemlərim olduğu üçün bu hadisəni məqsədli şəkildə törətdim. Fikirləşirdim cəza alıb türməyə düşsəm, bəlkə düzələrəm".

Zərərçəkmiş qadın isə hadisənin yaşadığı mənzilin yerləşdiyi binanın blokuna daxil olarkən baş verdiyini deyib. P.V. arxadan gələrək onun əlindəki içərisində 6 manat pul olan 50 manat dəyərindəki pul kisəsini alaraq hadisə yerindən qaçıb. Hadisə zamanı zərərçəkənə 56 manat maddi ziyan dəyib.

Qadın həmçinin bildirib ki, dəymiş ziyan tam ödənilib və şikayəti yoxdur.

Məhkəmənin hökmü ilə P.V.-ya həbsdə saxlanıldığı iki gün çıxılmaqla 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Tarix
2025.10.24 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Zahid Oruc: Ramiz Mehdiyev intihar etdi...

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla