Yuxarı

Şəhid övladları üçün maraqlı təcrübə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid övladları üçün maraqlı təcrübə - Foto

Deputat Pərvanə Vəliyeva və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına ekskursiya təşkil olunub. Ekskursiya Azərbaycan Hava Yolları QSC (AZAL) dəstəyi ilə baş tutub.

Axar.az xəbər verir ki, zəngin və maraqlı proqram çərçivəsində ekskursiya iştirakçıları hava limanının necə çalışdığını ətraflı öyrənib, təyyarələri canlı izləyiblər. Həmçinin, onlara hava limanının fəaliyyətinə daxil olan xidmətlər barədə əyani məlumat verilib.

Belə ki, gənc qonaqlar hava gəmilərinin texniki xidməti ilə, hava limanının kinoloji və yanğından mühafizə xidmətinin fəaliyyəti ilə tanış olublar.

Ekskursiya iştirakçıları aviasiya dünyasına unudulmaz səyahət edib və müasir “Airbus A320neo”, “Kəlbəcər” adlı təyyarəni ziyarət etmək imkanı yaradılıb. İştirakçıların pilot və təyyarə bələdçisi peşələri barədə sualları cavablandırılıb. Qonaqlar hava gəmisi ilə yaxından tanış ola, həmçinin böyük maraqla pilot kabinəsində özlərini pilot kimi hiss ediblər.

Tarix
2025.10.24 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib...

Sülh imzalanıb, indi cəmiyyətlər barışmalıdır - Mirzoyan

Bu şəxslərə də güzəşt edilsin - Millət vəkili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla