Yuxarı

Keçmiş məcburi köçkünlərə edilən bu güzəştlər ləğv olunsun

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş məcburi köçkünlərə edilən bu güzəştlər ləğv olunsun

Müəllimlərin işə qəbulu (MİQ) imtahanında keçmiş məcburi köçkünlərə edilən güzəştlər ləğv olunsun.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov bildirib.

Deputat deyib ki, Prezident İlham Əliyev hər zaman məcburi köçkünlərə diqqət edib, hətta onlar ata-baba yurduna qayıdandan sonrakı 3 ildə də nəzərdə tutulan güzəştlərdən istifadə edirlər:

“MİQ imtahanında şəhid ailələri, əlillərlə birlikdə keçmiş məcburi köçkünlərə güzəştlərin edilməsinə artıq ehtiyac qalmır”.

Qeyd edək ki, “Ümumi təhsil haqqında” qanun layihəsinə nəzərdə tutulan dəyişikliyə əsasən müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.

Tarix
2025.10.24 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib...

Sülh imzalanıb, indi cəmiyyətlər barışmalıdır - Mirzoyan

Putin İlham Əliyevə zəng etdi

Kreml Zəngəzurla bağlı Paşinyana mesaj göndərdi

"Səhər" Bakını ittiham etdi: Uşaq qatillərinə xidmət edir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla