Yuxarı

Kreml Zəngəzurla bağlı Paşinyana mesaj göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml Zəngəzurla bağlı Paşinyana mesaj göndərdi

Kreml Ermənistandakı səfiri Sergey Kopırkin vasitəsilə Baş nazir Nikol Paşinyana mesaj göndərib. “Biz “Tramp yolu”nun işləmə mexanizmi və detalları ilə bağlı daha çox məlumat gözləyirik” deyən rusiyalı diplomat layihənin detallarının sadəcə ABŞ-la müzakirəsinin doğru olmadığına işarə edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan 8 avqustda Vaşinqtonda “Tramp yolu” ilə bağlı razılaşmanı qəbul etdikdən sonra bir neşə dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək imkanına malik olub:

“Kopırkinin sözlərindən belə çıxır ki, Paşinyan “Tramp yolu” ilə bağlı Kreml sahibinə detallı məlumat verməyib. Kopırkinin açıqlaması Moskvanın “Tramp yolu” ilə bağlı İrəvana təzyiqini artıracağına işarədir. Robert Köçəryan prezident olduğu illərdə Ermənistan dəmiryollarını Rusiya dəmiryollarına satb. Bu səbəbdən Kreml “Tramp yolu” ilə keçəcək dəmiryola iddialı kimi görüntü yaratmaq istəyir. Bütün hallarda Rusiya yeni dəhlizə nəzarət edə bilməyəcək. Buna baxmayaraq, Nikol Paşinyan vaxtilə Köçəryanın dəmiryollarının Rusiyanın nəzarətinə verilməsi səhvini də düzətlməlidir. Rusiya dəmiryola nəzarət edə bilməsə də, dəhlizdən faydalana biləcək, Zəngəzur dəhlizi Ermənistanı Rusiya ilə dəmir yolu əlaqəsini təmin edəcək”.

Tarix
2025.10.24 / 14:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla