Yuxarı

MİQ müsabiqəsində iştirak niyə ödənişlidir? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MİQ müsabiqəsində iştirak niyə ödənişlidir? – Rəsmi

Hazırda müəllimlərin işə qəbulu test və müsahibə mərhələsindən ibarətdir.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, test imtahan mərhələsi sadə proses deyil:

“2025-ci ildə 65573 nəfər müəllimlərin işə qəbuluna müraciət edib, 33%-i ilk dəfə, 67%-i təkrar müraciət edənlərdir. Müraciət edənlərin 18-20%-i iştirak etmir. Təkrar müraciət edənlərin 30%-i müraciət etsə də, prosesə qatılmır, nəticədə problem yaranır. Dövlət buna maliyyə vəsaiti sərf edir. Test imtahanı üçün test blankları hazırlanır. Orta hesabla ildə 2,5-3 milyon manat vəsait sərf edirik. Nəticədə müraciət edib, prosesdə iştirak etməyən şəxslərə cəlb olunan xərclər əsassız xərclərdir, bu, isə 500-600 min manat civarındadır. Biz bu məbləğlə 200 tələbənin təhsil haqqını ödəyə bilərik”.

Qeyd edək ki, layihəyə əsasən, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.

Tarix
2025.10.24 / 16:37
Müəllif
Axar.az
Digər xəbərlər

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib...

Sülh imzalanıb, indi cəmiyyətlər barışmalıdır - Mirzoyan

Keçmiş məcburi köçkünlərə edilən bu güzəştlər ləğv olunsun

Putin İlham Əliyevə zəng etdi

Kreml Zəngəzurla bağlı Paşinyana mesaj göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla