Yuxarı

Jurnalist “Hafka”ya xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalist “Hafka”ya xəbərdarlıq etdi

"Bank of Azerbaijan"da 90 min manat pulu olan jurnalist hələ də pullarını ala bilmir.

Axar.az xəbər verir ki, bir neçə gün öncə jurnalist Samir Feyruzovla "Bank of Azerbaijan" arasında yaranan narazılıq hələ də davam edir. Bu barədə saytımıza özü məlumat verən jurnalist aldadıldığını iddia edir:

"Əvvəlcə söz verdilər ki, mənim və qohumlarımın adına olan əmanəti hissə-hissə, hər gün 6 min manat olmaqla qaytarılacaq. Cəmi 3-4 gün bunu əməl etdilər. Ancaq bir neçə gündür ki, ümumiyyətlə, pul ödəmək istəmirlər. Deyirlər ki, bankın rəhbərliyi dəyişib, gözləyin. Mənim və qohumlarımın adına olan 63 min manat əmanət hələ də bankdadır. Bu gün dedilər ki, gələn həftədən pulun verilib-verilməyəcini isə bilmirik, əgər verilərsə, 500 manat veriləcək".

Bankın keçmiş rəhbərlərindən biri olan Hafiz Məmmədova səslənən Seymur Feyruzov pulların ödənməməsinin əsas səbəbkarının Hafka olduğunu deyir:

"Hafiz Məmmədov bankdan uzaqlaşdırlıb. Amma səhmləri, pulları hələ də ondadır. H.Məmmədov verdiyi müsahibədə deyirdi ki, 41 şirkətim var. Hafiz müəllim, sizin öyünərək dediyiniz 41 şirkətinizin mənim pulumu qaytarmağa gücü çatmırmı? Siz müsahibənizdə "dostlarımdan biri" ifadəsini işlətmişdiniz. Əgər həqiqətən siz mənim pulumu qaytaracaq imkanda deyilsinizsə, o zaman həmin dostlarınıza deyin, mənim pulumu qaytarsın. Hafiz müəllim, mən sizdən fərqli olaraq, dövlətimə pulumla yox, canımla xidmət etmişəm və sağlamlığımı itirmişəm. Xidmətlərimi də sizlərə sadalayan deyiləm. Bilirəm ki, bankdan kənarlaşdırılmısız. Amma onu da dəqiq bilirəm ki, mənim pulumun qaytarılmamasının birbaşa səbəbkarı sizsiz. Əvvəl məni sizin adınızla hədələyirdilər, indi də başqa variantlara əl atırlar".

"Bank of Azerbaijan"ın Müşahidə Şurasının yeni sədri Mehman İsmayılova da müraciət edən jurnalist ondan yardım istəyir: "Mehman müəllim, xahiş edirəm, mənim pulumu qaytarın. Bankdan hər gün müxtəlif bəhanələrlə aldadılıb geri qaytarılmağımız heç bir qanuni çərçivəyə sığmır. Bu, açıq-aşkar vətəndaşları dolamaq, onların hissləri ilə oynamaq və qanunları tapdalamaqdır. Mən mətbuat konfransı keçirib bu məsələni yüksək səviyyədə şişirtmək istəmirəm. İlkin olaraq hələ ki, səmimi addımlarla pulumu bankdan çıxarmaq istəyirəm. Məni dolamaq, aldatmaq lazım deyil. Əks təqdirdə, pulumu almaq üçün bütün hüquqi, eyni zamanda qeyri-hüquqi addımları atmağa məcbur olacağam".

Xatırladaq ki, "Bank of Azerbaijan"da 90 min manat pulu olan jurnalist Seymur Feyruzov pullarını bankdan ala bilmədiyini deyirdi. Daha sonra isə bankla əldə edilən razılığa əsasən, hər gün müəyyən məbləği bank ona ödəməyə razılıq verib.

Tarix
2014.05.23 / 21:58
Müəllif
Tural İbadov
Digər xəbərlər

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla