Yuxarı

Bakıda bayrağımız təhqir edilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bayrağımız təhqir edilir - Foto

Bakının mərkəzində, Nizami kinoteatrı ilə üzbəüz yerləşən pivəxanada bayrağımız təhqir edilir.

Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri bununla bağlı fotolar paylaşıblar. Fotolardan görünür ki, "Krivetka" adlı barda bayrağımız tavana vurulub, amma üzərində Ulduz və Ay əksi yoxdur.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Qeyd edək ki, bayrağımızın üzərində üç rəng var: yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, qırmızı rəng – müasirliyi, yaşıl rəng – islam dininə mənsubluğu ifadə edir.

Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə, bu, həm də "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır. Səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir.

Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvoludur.

Xatırladaq ki, bayraq dövlətin atrubutlarından biridir və onun hər hansı formada təhrifi məsuliyyət doğurur.

Tarix
2014.06.05 / 01:18
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla