Yuxarı

Bakıda daha bir piyada keçidi uçdu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha bir piyada keçidi uçdu - Foto

Su İdman Sarayının tikinti ərazisində qəza baş verdi; Cənubi Koreya şirkəti məcbur olub, tikilən keçidi uçurdu

Bakının Bayıl qəsəbəsində Su İdman Sarayının yaxınlığında tikilən piyada keçidi uçub.

Dənizə yaxın ərazidə qurunt suları piyada keçidinin çökməsinə səbəb olub. Tikilən yeni keçidin bir hissəsi uçub. Tikinti işlərini həyata keçirən Cənubi Koreya şirkəti piyada keçidinin tamamilə uçurulmasına qərar verib.

İyunun 5-də keçid ağır texnikanın köməyi ilə tamamilə uçurulub. Ərazini qurunt suları basıb. Hazırda tikinti işlərinə mane olan qurunt sularının çəkilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, uçan keçidin uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü isə 4 metr olub.

Məlumat üçün bildirək ki, Su İdman Sarayının tikintisi ilə bağlı bu ərazidəki yol genişləndirilir. Burada eyni zamanda yeni yol bağlantılarının və bir neçə piyada keçidinin tikintisi aparılır.

uzuÜmumilikdə həmin ərazidə 5 yol bağlantısının inşası həyata keçirilir. Onların nluğu 5711 metr təşkil edəcək. Bağlantılardan biri 3 zolaqlı, biri 6 zolaqlı, qalan üçü isə 4 zolaqlı olacaq.

Yeni yaradılacaq bağlantılardan 3-nün vasitəsilə Su İdman Sarayına giriş və çıxış mümkün olacaq. Su İdman Sarayı 2015-ci ildə Avropa ölkələri arasında ilk dəfə Bakıda təşkil olunacaq yay oyunlarına görə tikilir. Onun layihələndirilməsini və tikintisini Cənubi Koreyanın "Securo CO.LTD" şirkəti həyata keçirir /Musavat/.

Tarix
2014.06.05 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla