Dünən Binəqədi rayonunda intihar hadisəsi baş verib. Gülüstan
küçəsi, döngə 12, ev 20 ünvanında faktiki qeydiyyatda olan 17 yaşlı
Natiq Elxan oğlu Soltanov saat 12:30-da yaşadığı ünvanda intrihar
edib. Əldə etdiyimiz məlumata görə, intihara səbəb 17 yaşlı Natiqlə
ata babası Soltanov Tofiq Xanəhməd oğlu arasında konflikt olub.
Solatanov Xanəhməd nəvəsinin evdən çıxması barədə məhkəməyə
iddia verib. Məhkəmə prosesi hakim Abbas Rzayevin sədrliyi ilə
keçib. Proses zamanı Natiq babasının təzyiqlərindən bezdiyini
bildirib. Onun iddiasına görə, babası Natiqdən anası Nüşabə
Süleymanovanı öldürməyi tələb edirmiş. Bundan başqa o, dəfələrə
babası tərəfindən təzyiqlərə və təhqirlərə məruz qaldığını
bildirib. Məhkəmə prosesindən sonra evə gələn Natiq intihar
edib.
İntiharın motivləri ilə əlaqədar Natiqin anası Nüşabə
Süleymanova ilə əlaqə yaratdıq. Nüşabə Süleymanova muxbirimizə
bildirdi ki, qaynatası yaşadıqları mənzilə sahib olmaq üçün
ovladının ailəsini dağıdıb və o, sonda yoldaşı ilə ayrılıb. Bundan
sonra Nüşabə Süleymanova yaşadıqları evi oğlu Natiqin adına
keçirib. Planının baş tutmadığını görən baba bu dəfə 17 yaşlı
Natiqə qarşı məhkəmədə ev iddiası qaldırıb. Bundan sonra Natiqə
təhdid və təhqirlərlə dolu zəng və mesajlar gəlməyə başlayıb. Bu
isə onun psixoloji sarsıntı keçirməyinə səbəb olub və sonda
intiharla nəticələnib. İlkin olaraq ehtimal edilir ki, intihar
hadisəsi artıq dozada dərman qəbulu ilə baş verib. Çünki 17 yaşlı
yeniyetmənin özünə qəsd etdiyi otaqda "Fenazepam" həbləri
tapılıb.
Qeyd edək ki, xəstə hal-hazırda Musa Nağıyev adına 1 nömrəli
xəstəxananın taksikologiya mərkəzinin reanimasiya şöbəsindədir və
vəziyyəti orta ağır qiymətləndirilir.