Statistikaya görə ən az ağlayan qadınlar belə
ömürlərinin 16 ayını göz yaşı axıtmaqla keçirirlər.
Araşdırmaya görə, göz yaşı axıtmanın böyük qismi uşaqlıq,
yeniyetməlik və gənclik çağına təsadüf edir. Bu norma isə orta yaş
dövründə nisbət ən azalır. Qadınlar 19-yaşdan sonra çox az hallarda
ağlayırlar. Onlar bu dövrdən sonra ciddi səbəb olmadan göz yaşı
axıtmağı özləri üçün əksiklik hesab etdiklərindən, bu cür
vərdişlərini unutmağa çalışırlar.
Bəs qadınlar ən çox nəyə ağlayır?
19-23 yaş arası tökülən göz yaşlarının əsas səbəblərinin sevgi
və romantik filmlər olduğu bildirilir. Qadınları ən çox üzən
səbəblərin isə uzun zaman sürən münasibətlərin bitməsi olur.
İddialara görə qadınları 25 yaşdan sonra ağlatmaq elə də asan
olmur. Bu yaşdan sonra onları ağladan yeganə varlıq romantik
filmlərdir.
Qadın ən çox hansı filmləri izləyərkən
ağlayır?
"Ruh" - bu film iki aşiqdən bəhs edir. Sevgili cütlüklərdən biri
yolda axmaqlar tərəfindən öldürülsə də, onun sevdiyi xanım
sevdiyini ruh olaraq sevməyə davam edir.
Bu filmlər siyahısına məşhur "Titanik" filmi də aiddir. Bu film
iki aşiqin bir-birinə olan sevgisinin böyüklüyündən bəhs edir. Film
milyonları ağladan gücə sahibdir. Filmə baxarkən ən çox ağlayanlar
isə xanımlardır.
Xanımları ağladan digər film isə "Qumsal" filmidir. Bu filmdə
amerikalı gəncin səyahət etdiyi Tailandın paytaxtı olan Banqkok
şəhərində yaşanan macəralardan bəhs edilir.
Bu siyahıya aid olan digər film isə "Larry McMurtry"nin yazdığı
əsər əsasında çəkilən "Sevgi sözcükləri" filmidir. Filmdə kifayət
qədər romantik səhnələr mövcuddur ki, bu da xanımların göz
yaşlarına səbəb olur.
"Subay və centlmen" - bu filmdə də, həmçinin, romantik səhnələr
çoxluq təşkil edir. Film dostluğun və kamilləşmənin bir zamana
təsadüf etdiyi sevgi hekayəsidir.
Siyahıya aid olan digər filmlər bunlardır: "Sevgi hekayəsi",
"Külək kimi əsdi", "İngilis xəstə" "Fil adam", "Çiyin çiyinə".
Qeyd edək ki, sadaladığımız filmlər qadınları ən çox ağladan
filmlərdən hesab edilir.