Yuxarı

ANS-in bir əməkdaşı vardı, o deyib ki… - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biri deyir Azərbaycanda seçki martda keçiriləcək, biri deyir başqa vaxt keçiriləcək. Azərbaycanda seçkinin keçiriləcəyi ilə bağlı tarix, gün, ay bəllidir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov seçkilərlə bağlı səsləndirilən bəzi fikirlərə aydınlıq gətirərkən deyib.

“Vaxtilə ANS TV-nin əməkdaşı var idi, Sevinc Osmanqızı, indi ABŞ-da yaşayır. O deyib ki, martda prezident seçkiləri keçiriləcək və bu gün Milli Məclisin iclasında həmin məsələyə baxılacaq. Axı bu məsələ müzakirəyə çıxarılmır. Seçki Məcəlləsində göstəriş var ki, fəaliyyətdə olan prezidentin müddəti başa çatdıqdan sonra seçki oktyabrın 3-cü həftəsinin 3-cü günü keçiriləcək. Yəni seçkinin keçiriləcəyi tarix ayına və gününə qədər məlumdur. Əgər seçkinin keçiriləcəyi gün bayram gününə düşürsə, seçki həmin həftənin başqa gününə keçirilə bilər. Amma ayı dəyişmək olmaz”.

S.Novruzov deputat həmkarlarını və jurnalistləri bu məsələdə diqqətli olmağa çağırıb.

Millət vəkili bildirib ki, seçki təbliğatı zamanı ayrılan vəsaitin dövlət büdcəsindən birbaşa televiziya və mətbuata ayrılması doğru qərardır:

“Çünki minimal faizi toplamayanlar sonradan həmin vəsaiti geri qaytarmırdılar. Ümumilikdə hesab edirəm ki, Seçki Məcəlləsinə edilən dəyişikliklər məhdudiyyətləri aradan qaldırmağa xidmət edir. Çünki, xatırlayıram, bir vaxtlar 121.2-ci maddəni əsas tutaraq (prezident seçkisində yaşı 69-dan yuxarı olan şəxslərə qoyulan qadağa) Ümummilli liderin prezident seçilməsinə mane olmaq istəyirdilər. İndi isə nəinki yuxarı, aşağı yaş məhdudiyyəti də aradan qaldırılır. 18 yaşı tamam olan şəxs seçmək kimi, seçilmək hüququna malikdir”.

Tarix
2017.12.15 / 16:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla