Yuxarı

Azərbaycanın axtarışa verdiyi iş adamı azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın axtarışa verdiyi iş adamı azadlığa buraxıldı

Qazaxıstan məhkəməsi külli miqdarda dələduzluqda təqsirləndirilərək barəsində həbsli axtarış qərarı çıxarılan Azərbaycan əsilli Rusiya vətəndaşı Araz Dadaşovun azadlığa buraxılması ilə bağlı Qazaxıstan Baş Prokurorluğu tərəfindən verilən vəsatətə baxıb.

Bu barədə APA-ya A. Dadaşovun vəkili Hafiz Ələsgərov məlumat verib. O, bildirib ki, məhkəmənin qərarı ilə A. Dadaşov barəsində həbs qərarı ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb: "Xətai məhkəməsi Araz Dadaşov haqqında qiyabi həbs qərarı çıxarmışdı və o, axtarışa verilmişdi. Lakin sonradan qərardan apellyasiya şikayəti verildi və məhkəmə həbs-qətimkan haqqında qərarı ləğv etdi. Bununla bağlı tərəfimdən Azərbaycanın Baş Prokurorluğuna məlumat verildi və prokurorluq da qərarın icrası üçün Qazaxıstanın Baş Prokurorluğuna göndərdi. Qazaxıstan Baş Prokurorluğu isə Azərbaycan məhkəməsinin qərarının icrası üçün Qazaxıstan məhkəməsinə müraciət edib".

Vəkil qeyd edib ki, artıq A. Dadaşovun ekstradisiya prosesi dayandırılıb və hazırda cinayət işinə xitam verilməsi üçün iş aparılır.

Qeyd edək ki, A. Dadaşov iş adamıdır. Ona qarşı keçmiş həyat yoldaşı Lalə Dadaşovanın şikayəti əsasında cinayət işi başlanılıb. Şikayət mülki xarakterlidir.

A. Dadaşov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Tarix
2018.01.17 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla