Yuxarı

Lerikdəki meşə yanğınları söndürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Lerik və Lənkəran rayonları ərazisində baş verən yanğınlarla bağlı məlumat yayıb.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, məlumatda bildirilir ki, Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq ərazidə, meşə zolağında 30 ha sahədə yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali də iştirak edir.

Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.

Lənkəran rayonu Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) ərazisində dağlıq meşə zolağında isə 5 ha sahədə yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.

Tarix
2014.07.23 / 09:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla