Yuxarı

Azərbaycan ən güclü dövrünü yaşayır - Məmmədəliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ən güclü dövrünü yaşayır - Məmmədəliyev

Azərbaycan gəncliyinin istedadlı və bacarıqlı olması bir faktdır.

Axar.az xəbər verir ki, bunu Gənclər Günü ilə bağlı bu gün “Buta Palas”da keçirilən tədbirdə Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.

Onun sözlərinə görə, gənclərin potensialının artırılması, onların daha da təkmilləşməsi prosesində motivasiya çox önəmlidir: “Gənclərimiz həm ölkə daxilində, həm də ölkə xaricində mühüm nailiyyətlər əldə edir, bununla da ölkəmizdə qlobal səviyyədə rəqabətə davamlı kadrların sayı hər gün artır.

Bu gün müxtəlif sahələrdə ən istedadlı və çalışqan gənclərə təqdim olunan mükafatlar həm onların uğurlarını cəmiyyətə tanıdacaq, həm də onların özlərinə olan inamını artıracaq. Bu mükafatlar onların uğur hekayələrinin sonu yox, başlanğıcıdır. Respublikadakı hər bir gənc bilməlidir ki, onun bacarıq və istedadı, həyata keçirdiyi fəaliyyət qiymətləndirilir və heç vaxt diqqətdən kənarda qalmır".

Yusuf Məmmədəliyev bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər bir Azərbaycan gəncinin qayğısına qalır:

“Ölkə rəhbərliyinin həyata keçirdiyi qara qızılın insan kapitalına istiqamətləndirilməsi strategiyasına əsaslanan gənclər siyasəti nəticəsində gənclərin elmi, mədəni, ictimai sahələrdə fəallığı təşviq edilir. Düşünürəm ki, gənclərimiz daha aktiv olmalı, ölkəmizin inkişafı üçün bütün sahələrdə önəmli rol oynamalıdır. Bu gün dövlət başçısının apardığı uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi müasir, tolerant, savadlı, bacarıqlı və innovativdir. Şübhəsiz ki, bu uğur haqqında bütün dünya bilməlidir. Hər bir gənc ölkəmizin tarixi, mədəni dəyərlərini yaşatmalı və layiqli vətəndaş olaraq vətəninə xidmət etməlidir. Müsəlman şərqində ilk respublikanın qurulmasının 100 illiyini qeyd etdiyimiz bir dövrdə gələcək nəsillərin də bizim dövrümüzdə yaradılan dəyərlərlə maddi və mənəvi nailiyyətlərlə qürur duyması üçün çalışmalıyıq".

Şöbə müdiri qeyd edib ki, Azərbaycan öz tarixinin ən güclü, dinamik inkişaf dövrünü yaşayır. Gənclərimiz bu dövrün çağırışlarını həssaslıqla duymalı, hər biri dövrümüzün bir qəhrəmanına çevrilərək, gələcək üçün qurub yaratmalıdır.

Tarix
2018.02.02 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla