Yuxarı

Azərbaycanlı alim bu ölkədə mükafatlandırıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı alim bu ölkədə mükafatlandırıldı - Foto

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Teymur Əhmədov Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki seçilib.

Axar.az xəbər verir ki, bu münasibətlə “Azərbaycan” nəşriyyatının iclas zalında keçirilən tədbirdə “Turan” Elmlər Akademiyasının rəyasət heyətinin üzvü, akademik Səxavət Ociyev çıxış edib. Akademik S.Ociyev bildirib ki, müstəqillik illərində Azərbaycan və Özbəkistan xalqları arasında qədim dostluq ənənələri və əməkdaşlıq əlaqələri daha da möhkəmlənib. Həmçinin qardaş ölkələrimizin alimlərinin qarşılıqlı elmi əlaqələri də intensivləşib. Alim deyib ki, mənim bu tədbirdə iştirakım da əlaqələrimizin inkişafının daha bir göstəricisidir. “Turan” Elmlər Akademiyasının rəyasət heyətinin bu il yanvarın 28-də keçirilən yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Teymur Əhmədov yekdilliklə akademiyamızın həqiqi üzvü seçilib. Rəyasət heyətinin üzvləri müzakirə zamanı professor Teymur Əhmədovun elmi fəaliyyətini və mətbuat sahəsində xidmətlərini yüksək qiymətləndiriblər. Görkəmli ədiblər Nəriman Nərimanov, Mirzə İbrahimov, Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun və başqalarının yaradıcılığı ilə bağlı apardığı tədqiqatlar professor Teymur Əhmədova Azərbaycanın hüdudlarından kənarda da dərin rəğbət hissi qazandırıb.

Sonra akademik Səxavət Ociyev “Turan” Elmlər Akademiyasının həqiqi üzvünün diplomunu və döş nişanını Teymur Əhmədova təqdim edib.

Tədbirdə çıxış edənlər Teymur Əhmədovun məhsuldar elmi və ictimai fəaliyyətindən söhbət açıblar.

Akademik Teymur Əhmədov ona göstərilən etimada görə “Turan” Elmlər Akademiyası rəyasət heyətinin üzvlərinə minnətdarlığını bildirib, Azərbaycan və özbək alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən danışıb.

Tarix
2018.02.03 / 20:10
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu

Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?

Azərbaycan buna icazə verməyə hazırdır - Overçuk

Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

XİN bu ölkəni təbrik etdi

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla