Yuxarı

Komitə sədrinin maşını belə park edildi, qalmaqal yarandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə sosial şəbəkə istifadəçisi tərəfindən Komitə rəhbərliyinin avtomobilinin guya pandusun üzərindən çıxarılaraq Komitə binasının qarşısında saxlanılması barədə qeyri-dəqiq məlumat yayılıb.

Axar.az xəbər verir ki. bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Elşad Miraləmin yaydığı açıqlamada bildirilib. E.Miraləm qeyd edib ki, avtomobili pandusun üzərindən çıxarılmayıb, bu heç fiziki baxımdan mümkün də deyil:

“Avtomobil o hündürlükdə pandusun üzərinə necə qaldırmaq olar? Fotoya bir də diqqətlə baxın, xahiş edirəm. Binanın qarşısında Dövlət Komitəsinə gələn rəsmi qonaqların, nümayəndə heyətlərinin, eyni zamanda Komitə rəhbərliyinin avtomobillərinin binaya yaxınlaşması üçün xüsusi yer var. Təqdim olunan fotolarda bu aydın görünür. Komitəyə gələn xarici qonaqların, xüsusilə rəsmi şəxslərin təhlükəsizliyi üçün bu imkan yaradılıb. Yəqin hər kəs razılaşar ki, yüksək səviyyəli rəsmi şəxsləri nəqliyyatın hərəkətinin intensiv olduğu bir ərazidə, yolun ortasında avtomobildən düşürmək nəinki protokol qaydalarına ziddir, həm də təhlükəsizlik baxımından yolverilməzdir. Avtomobil Komitənin qarşısına pandusun üzərindən deyil, fotoda göründüyü kimi xeyli irəlidən çıxarılıb. Sadəcə sürücünün səhvi odur ki, avtomobili pandusun qarşısında və səkinin üzərində saxlamamalıydı. Bununla bağlı da sürücüyə xəbərdarlıq olunub. Məsələ bu qədər sadədir”.

Qeyd edək ki, E.Miraləm fotoları da paylaşıb.

Tarix
2018.02.23 / 00:40
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla