13:12
Qobustan qapalı həbsxanasında kütləvi aclıq aksiyası
başlayıb.
Bu barədə məhbusların yaxınları məlumat veriblər.
Onlar bildiriblər ki, ötən gün səhər saat 6:00-dan etibarən
məhbuslar Qobustan qapalı həbsxanasında kütləvi aclıq aksiyasına
başlayıblar. Buna səbəb isə həbsxanaya yeni təyin olunmuş rəis
Fikrət Qafarovun məhbuslarla kobud davranışı və qanunsuz
əməlləridir. Məhbuslar aclıq aksiyası ilə bağlı ədliyyə generalı
Mədət Quliyevə müraciət ünvanlayıblar. Amma bütün bunlara
baxmayaraq, həbsxana rəisi qanunsuz əməllərini davam etdirir.
Mövzu ilə bağlı Penitensiar Xidmətin də mövqeyini dərc
edəcəyik.
***
13:52
Mövzu ilə bağlı Penitensiar Xidmətdən Qaynar.info-nun sorğusuna
cavab olaraq bildirilib ki, həbsxanasında məhkumlar tərəfindən
aclıq aksiyası keçirilməsi ilə barədə elektron ünvanınıza daxil
olmuş məlumatlar həqiqəti əks etdirmir. Belə ki, bununla əlaqədar
müəssisəvə xidmət rəhbərliyinə heç bir rəsmi müraciət daxil
olmayıb.
Ədliyyə polkovniki Fikrət Qafarovun Həbsxanaya rəis təyin
edilməsi ilə bağlı Penitensiar xidmət tərəfindən artıq ictimaiyyətə
məlumat verilib. Kütləvi informasiya vasitələrinə ötürülən bu cür
əsassız məlumatlar isə Həbsxananın yeni təyin olunmuş rəisi
tərəfindən Daxili İntizam Qaydalarının tələblərinə uyğun həyata
keçirilən tədbirlərə, rejim qaydalarını pozmağa meylli və qanunda
nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə
də onların yaxınları tərəfindən göstərilən reaksiyadır.
Penitensiar xidmət olaraq bildiririk ki, bütün qanunazidd
hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır.