Yuxarı

Leyla Əliyevanın adından yalan məlumat yayılıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondu Leyla Əliyevanın adından yayılan müraciətlə bağlı açıqlama yayıb.

Fondun mətbuat xidmətindən Publika.az-a daxil olan açıqlamada bildirilir ki, bəzi KİV-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin heyətinə müraciət yayılıb.

"Məlumatda Leyla Əliyevanın Feysbuk sosial şəbəkəsindəki hesabı vasitəsilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müraciət etdiyi bildirilir.

Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, xəbərdə istinad olunan Feysbuk sosial şəbəkəsindəki hesab, eləcə də Fondun vitse-prezidentinin adından yayılmış müraciət Leyla Əliyevaya məxsus deyil.

Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın adına Feysbuk sosial şəbəkəsində ayrı-ayrı şəxslər tərəfindən bir neçə hesab yaradılıb.

Bununla əlaqədar bildiririk ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsi bu ünvandadır: https://www.facebook.com/aliyevaleylaofficial",- deyə açıqlamada bildirilir.

Tarix
2014.08.19 / 14:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla