Yuxarı

Bıçaqlanan məmurun qohumu danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bıçaqlanan məmurun qohumu danışdı - Video

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşı Füzuli Əliyevin bıçaqlanması haqda qohumu danışıb.

Ümid Partiyasının sabiq sədr müavini, hazırda D18 hərəkatının rəhbəri Ruslan İzzətli Axar.az-a açıqlamasında xalasının həyat yoldaşının bıçaqlanması olayında adının hallandırılmasına etiraz edib:

"Medianın bəzən insanların acısından xəbər düzəltməsi üzücüdür. Anlayıram ki, sizin üçün xəbərin oxunaqlığı və fərqliliyi önəmlidir. Amma lütfən, o cür hadisələri bu üslubda işıqlandırmayın. Bu, doğru hal deyil".

R.İzzətli mediadan xahişdə də bulunub:

"Mediadan və dəyərli jurnalistlərdən xahiş edirəm, fəaliyyətim və addımlarım haqda məlumat verin. Ailəmi və yaxınlarımı siyasi oyunların və ya prosesin iştirakçıları etməyin".

Qeyd edək ki, Ağdamın işğal altındakı Güllücə kəndindən olan 1961-ci il təvəllüdlü Füzuli Əliyev öz oğlunun qayını tərəfindən bıçaqlanıb. Hadisə ərazidəki mağazalardan birində baş verib və bıçaqlanma anı təhlükəsizlik kameralarına düşüb.

Hadisəni törədən Rəşad adlı şəxs daha sonra polisə gedərək təslim olub. Hadisəyə Fizuli Əliyevin oğlu Rəşadın öz həyat yoldaşını boşadığı üçün qayınının intiqam almaq istəməsi səbəb olub.

Tarix
2014.08.19 / 16:07
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla