Yuxarı

Yeni nazir fermerlərlə tarlada - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni nazir fermerlərlə tarlada - Video

Kənd Təsərrüfatı naziri İnam Kərimov şimal-qərb bölgəsində fermerlərlə görüşərək vəziyyətlə yerində tanış olub.

Axar.az-ın "Xəzər Xəbər"ə istinadla məlumatına görə, nazir baramaçılığın inkişafı üçün böyük potensialın olduğunu və bu sahədə Azərbaycanın qısa zamanda xaricdən asılılıqdan azad olacağını vurğulayıb.

Kənd Təsərrüfatı naziri İnam Kərimov və nazirliyin müvafiq idarələrinin əməkdaşları şimal-qərb bölgəsinə işgüzar səfəri çərçivəsində hazırda tikilməkdə olan Qax ipəkçilik damazlıq stansiyasında olub, Çindən gətirilən tut tinglərinin bağına baş çəkib, eləcə də tütün sahələrində iş prosesi ilə yaxından tanış olub, tütünçülərin və fermerlərin problemləri ilə maraqlanıb.

Qeyd olunub ki, bu il Qax rayonunun fərdi və fermer təsərrüfatlarında 600 hektardan çox sahədə tütün əkini nəzərdə tutulur. Daha sonra nazir Çindən gətirilən və Damazlıq İpəkçilik stansiyasının bağlarında əkilən tut tinglərinin yetişdirilməsi ilə maraqlanıb.

İnam Kərimov stansiyanın tikinti prosesi ilə də maraqlanıb. Burada əsas korpusun tikintisi başa çatıb və son işlər görülür. Stansiyanın yaxın aylarda tam istifadəyə verilməsi planlaşdırılır. Nazir qısa zamanda Azərbaycanın özünün barama qurdu istehsalına başlayacağını deyib.

Bu gün həm də inkubasiyadan çıxmış 6000 qutu ipəkqurdları dağlıq və dağətəyi zonada yerləşən 17 rayonun kümçülərinə əvəzsiz olaraq paylanılıb. Cari ildə respublikada 450-500 ton yaş barama istehsalı nəzərdə tutulur ki, bu da keçən illə müqayisədə 2 dəfə çoxdur.

Tarix
2018.05.04 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla