Yuxarı

Yer kürəsini bürüyən Van Allen radiasiya qatı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəzada hava Yer Kürəsində olduğu kimi qeyri-müəyyən ola bilir. Günəş səthində vaxtaşırı püskürmələr proton və elektronlarla yüklü nəhəng buludlar meydana gətirir.

Onlardan bəziləri Yer Kürəsinə yaxınlaşaraq Qütb parıltısı kimi möhtəşəm işıqlara səbəb olur.

Buludlar zərrəciklərlə yükləndikdə çox vaxt qeyri-adi şəkildə sərt olurlar. Onlar elektrik stansiyalarını sıradan çıxarda bilir, rabitəni pozur və hətta elektronik cihazlara zərər vura bilir.

Ancaq çox vaxt onlar Yer Kürəsinin Van Allen radiasiya kəməri adlanan maqnetik səthi tərəfindən qarşısı alınır.

Buna baxmayaraq onlar yenə də zərər vermək gücünə sahibdirlər, deyə NASA alimi Mona Kessel bildirir.

Mona Kessel: "Bizim həmin ərazidən uçan bir çox rabitə, naviqasiya peyklərimiz var. Biz bunun təsirlərini başa düşməliyik, çünki təsir kifayət qədər böyük ola bilər".

Fəzada hava haqqında daha çox məlumat almaq üçün NASA 2012-ci ildə tətbiqi fizika laboratoriyası tərəfindən düzəldilən iki cihazı fəzaya göndərib.

Van Allen adlanan cihaz müəmmalı kəməri araşdıracaq. İlk başda araşdırmaçılar sadəcə məlumatların sayını göndərəcək, deyə lahiyənin alimi Barri Mauk bildirir.

Barri Mauk: "Mən qeyri-adi bir şey tapacağımıza skeptik yanaşırdım. Fakt odur ki, biz böyük sürprizlə qarşılaşdıq. Biz heç vaxt gözləmədiyimiz yeni struktur kəşf etdik".

Van Allen cihazı kəmərin iki qatdan deyil, üç qatdan ibarət yüklü zərrəciklər olduğunu kəşf edib və onların bəzən zebra zolağı adlanan zona əmələ gətirirlər. Cihazlar həmçinin elektrik və maqnetik sahələrin zərrəciklərə əlavə necə enerjilə yüklədiklərini kəşf ediblər.

Mauk deyir ki, iki cihaz vasitəsilə əldə olunan ölçülər alimlərə fəzada hava haqqında məlumat əldə etmək üçün kompyuter modelləri qurmağa kömək edəcək.

Barri Mauk: "Əgər mən günəşdə alov və ya nəsə görürəmsə, günəşdə maqnetik sahəni ölçə bilirəm. Bunu uzaqdan etməyin yolları var. Mən indi radiasiya kəmərinin buna necə reaksiya verəcəyini təxmin edə bilərəm".

O, əlavə edir ki, belə bir təhlükə yaxınlaşdıqda bu məlumatlar astronavtların göyərtəyə dönməsinə və ya rabitəni və naviqasiya peyklərini söndürməyin lazım olduğunu xəbər verəcək.

Mona Kessel: "Biz bunu həmçinin ona görə anlamağa çalışırıq ki, bu fəzanın, Yer Kürəsindən yuxarıda, elektromaqnetik fəzamızın dinamik hissəsidir".

Alimlər deyir ki,Van Allen radiasiya kəmərini yaxşı başa düşmək günəşdən qaynaqlana biləcək sürprizlərə qarşı hazır olmağımıza kömək edəcək.

"Amerikanın səsi"

Tarix
2014.08.23 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla