Yuxarı

Yol nişanının olmaması problemə çevrildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir yol nişanının olmaması səbəbindən sürücülər həm qəza şəraiti ilə üz-üzə qalır, həm də getdikləri yolu geri qayıtmaq məcburiyyətində olurlar.

Xəzər TV xəbər verir ki, metronun "Əhmədli" stansiyasından "Ukrayna dairəsi" istiqamətindəki yoldan gedir. Bu yolda bir neçə müddətdir ki, təmir işləri aparılır. Yolun giriş hissəsi bağlanmayıb. Səbəb də odur ki, həmin yolun kənarında yaşayan vətəndaşlar buradan istifadə etməklə evlərinə gedə bilsinlər. Sürücülər yola daxil olub, "Ukrayna dairəsi" istiqamətinə getdikdə isə sonda yolun bağlı olduğunu görüb, geri qayıtmaq məcburiyyətində qalırlar.

"Ukrayna dairəsi" istiqamətinə gedən avtomobillər geri qayıtdıqda bu yola daxil olan maşınlarla qarşı-qarşıya gəlirlər və qəza şəraiti yaranır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, yolun giriş hissəsində 5.19.1 dalan nişanı qoyulmalıdır ki, sürücülər bu nişanı gördükdə yolun sonunun bağlı olduğunu əvvəlcədən bilsinlər. Avtomobil yolları Dövlət Agentliyindən isə bildirilib ki, əməkdaşlar həmin yola baxış keçirəcəklər və problem aradan qaldırılacaq.

Tarix
2018.05.13 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana minnətdarıq - Sikorski

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla