Yuxarı

Ötən gecənin qara olayları - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən gecənin qara olayları - Xronika

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Qəbələ rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 k.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 7 ton ot baglaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 04:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan ikiotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 18 mərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 12-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 11-ci mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 01:34-də başa çatıb.

Tarix
2014.09.04 / 09:42
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla