Yuxarı

Ailələrin dağılmasının səbəbi savadsızlıqdır - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ailə münasibətlərinin korlanması səbəbilə bizə müraciət edən tərəflər daha çox bir-birlərini xasiyyətcən dəyişməkdə ittiham edirlər".

Bu sözləri Axar.az-a açıqlamasında Psixologia və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov ailə qurduqdan sonra münasibətlərdə tarazlığın pozulmasına gətirib çıxaran amillərdən danışarkən deyib.

Psixoloqun sözlərinə görə, ailədə münasibətlərin təmzimlənməsində ailə psixologiyasına əsasən müəyyən qaydalar mövcuddur:

"Bu qaydalar isə ailə qurana qədər tətbiq edilməlidir. Əvvəllər qadın və kişinin üzərinə düşən işlər məlum idi. Ancaq indi həm qadın, həm də kişi işlədiyi üçün ailədə balansı qorumaq bir az çətinləşir. Buna görə də tərəflər ailə qurmazdan öncə şifahi formada olsa da istər məişətlə, istərsə də uşaqla bağlı ailə qaydalarını öncədən razılaşdırmalıdırlar. Araşdırmalarımız zamanı məlum olur ki, ailə qurduqdan sonra münasibətlərin pozulmasına səbəb olan ən əsas amil tərəflərin bir-birlərini daha yaxından tanımadan ailə qurmalarından qaynaqlanır. Belə olan təqdirdə isə sözügedən məsələdə tarazlıq pozulmağa başlayır. Tarazlıq pozulduqda isə ailədə konfliktlər böyüyür. Nəticədə tərəflər arasında ayrılıqlar baş verir. Buna görə də ailə qurduqdan sonra 3 ilədək adaptasiya prosesi getdiyindən tərəflər bunu nəzərə almalıdır. Hər iki cinsin nümayəndəsi ideal münasibətlərdən birbaşa ailə dövrünə və artıq bilinməyən tərəflərin də özünü biruzə verəcəyi bir dövrə keçdikləri üçün problemləri çox qabartmamalı və mütəxəssisə müraciət etməlidirlər. Buna görə də hesab edirəm ki, ailə qurmazdan öncə tibbi müayinə ilə yanaşı, psixoloji müayinə də zəruri sayılmalıdır. Əks təqdirdə, baş verənləri sonradan önləmək çətin ola bilər".

Tarix
2014.09.11 / 21:42
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla