Yuxarı

"Görün kimlər bizim haqqımızda fikir formalaşdırır" - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Görün kimlər bizim haqqımızda fikir formalaşdırır" - Foto

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov şəxsi Tvitter səhifəsində bir müddət öncə Vaşinqtonda Azərbaycanı tənqid edən Karl Bildtin haqqında maraqlı tvit atıb.

Publika.az xəbər verir ki, PA rəsmisi İsveçin "Aftonbladet" qəzetinin nazir haqqında yayımladığı məqaləni paylaşaraq bildirib: "K. Bildtin keçmişdə "xüsusi əlaqələri" və iddiaları barədə məlumatlıydıq. Ona görə də deyirdik ki, görün kimlər haqqımızda fikir formalaşdırır. "Aftonbladet" qəzetinin məlumatlarından aydın olur ki, tənqid olunmamaq üçün K. Bildtlə "xüsusi əlaqələr" qurmaq lazımdır. Yəni onunla sıx əlaqədə olan PR firmaları ilə "xüsusi əməkdaşlıq" etmək lazım imiş".


Qeyd edək ki, iyul ayında Vaşinqtonda Azərbaycan hökumətinə qarşı ciddi bəyanatla çıxış edən İsveçin xarici işlər naziri Karl Bildt ölkəsində qalmaqalla üzləşib. Belə ki, "Aftonbladet" qəzeti xarici işlər nazirini korrupsiyada və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə lobbiçilik etməkdə ittiham edib.

Jurnalistlər iddia edirlər ki, şahid ittihamları sübut edəcək sənədlərə malikdirlər. Bildirilir ki, K. Bildtə bağlı PR (ictimaiyyətlə əlaqələr) şirkətləri Avropada Mixail Saakaşvilinin imicinin yüksəldilməsi üçün Gürcüstanın əvvəlki hakimiyyətindən 3 milyon dollardan çox pul alıb. İsveç Xarici İşlər Nazirliyinin mətbuat katibinin sözlərinə görə, Bildt Saakaşvilinin piarı ilə məşğul olmayıb, lakin o, eks-prezidentlə daim dostluq əlaqələri saxlayıb.

Xatırladaq ki, K. Bildt bir neçə ay öncə Vaşinqtonda Azərbaycanı avtoritar ölkə adlandırmışdı.

Tarix
2014.09.12 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla