Yuxarı

Ünvanlı sosial yardım alanlara xoş xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ünvanlı sosial yardım alanlara xoş xəbər

Ünvanlı sosial yardımın verilməsi müddətini bir ildən iki ilə qaldırmaq lazımdır.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.

S.Müslümov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardımın təyin olunması və ödənilməsi ilə bağlı araşdırmalarını yekunlaşdırmaq üzrədir.

Nazirin fikrincə, Azərbaycanda ünvanlı sosial yardımın verilməsi müddətini 1 ildən 2 ilə qaldırmaq lazımdır: "Çünki təhlillər göstərir ki, hazırda bazadakı informasiyalara görə, ünvanlı sosial yardım alan ailələrin təqribən 90 faizini eyni ailələr təşkil edir. Onların hər il sənədləri yenidən yığıb gətirməsinə elə bir ehtiyac yoxdur. Bunu 2 il müddətinə qaldırmaq lazımdır. Biz artıq bununla bağlı təkliflərimizi vermişik. Yəqin ki, bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər olacaq".

S.Müslümov həmçinin bildirib ki, ünvanlı sosial yardımın təyin edilməsinin avtomatlaşdırılması istiqamətində də tədbirlər davam etdirilir: "Bununla bağlı nazirliyin böyük nümayəndə heyəti bu yaxınlarda Türkiyə Respublikasında səfərdə olaraq onların təcrübəsini öyrənəcək. Türkiyədə bu proseslər avtomatlaşdırılıb. Yəni ehtiyacı olan ailələrə ünvanlı sosial yardım yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edib elektron şəkildə ərizə ilə müraciət etməklə həyata keçirilir. Biz də bu istiqamətdə səylərimizi davam etdiririk. Eyni zamanda, müxtəlif ölkələrin təcrübəsini də öyrənirik".

Tarix
2014.09.17 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla