Yuxarı

Bu marşrutlarda gedişhaqqı endirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gedişhaqqı Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə hər kilometrə 2,4 qəpik hesablanaraq 80 qəpik tarifi ilə təsdiq olunub.

Axar.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomabil Nəqliyyatı Xidməti (DANX) tərəfindən həmin istiqamət üzrə tarifin aşağı salınması ilə bağlı daşıyıcı şirkətə müraciət edildikdən sonra, əldə olunan razılığa əsasən, tarif 60 qəpiyə endirilib.

Bu gündən etibarən Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi ) istiqamətində 502 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gedişhaqqı üçün 60 qəpik ödəyəcəklər.

Həmin xətt üzrə hərəkətdə olan 8 avtobusun salonunda mövcud dəyişiklikdən sonrakı tarif əks olunub.

Sərnişinlərdən süni şəkildə artıq məbləğ tələb edən sürücülərlə bağlı NRYTN-nin “1655” saylı “Qaynar xətt”nə müraciət edərək məlumat vermələri rica olunur” - N.Allahyarova qeyd edib.

Qeyd edək ki, DANX-ın daşıyıcılara müraciətindən sonra avqustun 3-dən etibarən 501 və 503 saylı marşrut xətlərində də tarif 60 qəpik müəyyən edilib.

Tarix
2018.08.16 / 14:39
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Rabitəbank ABŞ bankı ilə işbirliyini müzakirə etdi - Foto

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla